İngilis Dilinə Necə Hazırlaşmalı?


Əziz qrup üzvləri, son vaxtlar ingilis dilindən verilən sualları və qərarsızlıqları nəzərə alaraq bir neçə
Əgər öz potensialınıza güvənirsinizsə, qısa zamanda yüksək nəticə əldə edə bilərsiniz. Ədəbiyyat siyahısı kimi aşağıdakı kitabları məsləhət görürəm:

1) Magistr OL Ingilis dili
2) TQDK Lüğət 2015
3) 504 Absolutely Essential Words
bunlar stolüstü kitablarınız olmalıdı. Həmçinin skan etdiyim bəzi materialları da yükləməyinizi məsləhət görürəm:
- Articles
http://www.boxca.com/s2gbw541wqmq/1ci_hisse.pdf.html
- The Adjective
http://www.boxca.com/dv45rwm6usz6/2ci_hisse.pdf.html
- The Pronoun
http://www.boxca.com/4sy8klhbfe75/3cu_hisse.pdf.html
- Preposition
http://www.boxca.com/4d132uejpez9/4cu_hisse.pdf.html
- The Verb
http://www.boxca.com/kco6t86g44qu/5ci_hisse.pdf.html
- Passive Voice and complex object
http://www.boxca.com/tvzzz62mie9z/6ci_hisse.pdf.html
- The Conjuction
http://www.boxca.com/gzesfiy10gkk/7ci_hisse.pdf.html
- Modal Verbs
http://www.boxca.com/q7qe6ft1u23s/8ci_hisse.pdf.html
- Sentence 1
http://www.boxca.com/1js4e403d8cc/9cu_hisse.pdf.html
- Sentence 2
http://www.boxca.com/n6sy3oujd1zd/10cu_hisse.pdf.html
- Regular and irregular verbs
http://www.boxca.com/5sulwfof10o0/11ci_hisse.pdf.html
məsləhət vermək istəyirəm. Əvvəla ingilis dili öyrənmək səbr və qətiyyətlilik tələb edir. Hər bilmədiyiniz söz üçün lüğətə baxmaqdan və hər bilmədiyiniz hissə üçün soruşmaqdan və ya axtarmaqdan yorulmamalısınız. Buna görə də, digər fənnlərdən fərqli olaraq ingilis dili ilə hər gün məşğul olmağınızı məsləhət görürəm. Həftədə 3 gün geniş şəkildə, qalan günlər isə ən azı yarım saat məşğül olun. Qəbul imtahanında ingilis dilindən çox bal toplamağınız, bəzi prestijli universitetlərdə master oxumağınız üçün vacibdir. Qəbul imtahanında İngilis dilinin qrammatikası soruşulduğundan əvvəla qrammatikanı yaxşı öyrənməliyik və bunu gündəlik danışıqda istifadə etməkdən utanmamalı və çəkinməməliyik. Ən əsası isə İngilis dili beynəlxalq dildi, milyonlarla insanla ünsiyyət, saysız-hesabsız kitabları anlamaq üçün vacibdir. Yadda saxlayın ən keyfiyyətli ədəbiyyatlar ingilis dilindədi, sahəsindən asılı olmayaraq.
Həmçinin,
- Tərkibində 2 milyondan çox söz saxlayan www.tureng.com lüğəti.
- Offline rejimdə lüğət proqramı: http://www.linguatic.com/
- İngilis dilində pre-intermediate səviyyəsinə kimi qalxa biləcəyiniz çox maraqlı və öyrədici sayt: www.duolingo.com
- Peşəkar müəllimlər tərəfindən ingilis dilində minlərlə video-dərs təqdim edən, sadəcə mükəmməl bir resurs: www.engvid.com
- Danışığını təkmilləşdirmək istəyənlər üçün. Hər səviyyə üçün ayrı-ayrı altyazılı videolar, mahnılar, günlük istifadə üçün mətnlər, filmlərdən hissələr və s. Bir sözlə, danışığı təkmilləşdirmək üçün mükəmməl sayt:www.yabla.com
- Android marketdən Lanquick proqramı. Hansı səviyyədə olursuz olun sizi bir addım önə aparacaq.
- HelloTalk android proqramı. Burda ana dilinizi və öyrənmək istədiyiniz dili yazırsınız, proqram avtomatik birinə qoşur və ingiliscə yazışırsız.
- Memrise android proqramı. Çox çox tövsiyyə etdiyim proqram. İngilis dilindən başqa yüzlərlə müxtəlif online kurslara yazıla bilərsiniz. Həqiqətən çox məsləhətlidi.
Və son olaraq, dediklərim sizə tövsiyyələrimdi. Dil öyrənmək ciddiyət, səbr və daimi bezmədən təkrar istəyən bir sahədir. Amma əyləncəli hala gətirmək və bunun fərqinə varmadan inkişaf etdirmək sizin əlinizdədir. Bunun üçün də yuxarıda göstərdiyim online resurslar sizə kömək olacaq. Və kitablar alın, qəzetlər oxuyun. İnternet nə qədər motivasiya üçün əla olsa da, kitabın yerin verə bilməz. Hamınıza uğurlar və zehin açıqlığı!

Məqalə müəllifi : Əliheydər Abbaszadə
Məqalə Magistr OL qrupundan götürülmüşdür.
MAGISTR OL