Günün Magistr Sualları - 21.08.2016 +video izahlar

Xəbərin davamından bu günün magistr suallarını işləyə bilərsiniz. Suallar ən son qəbul proqramı əsasında Magistr OL Tədris Mərkəzi tərəfindən hazırlanmışdır. İşlədikdən sonra paylaşın ki, dostlarınız da işləsin.
Məntiq
Sual-1. Qanunauyğunluğu müəyyən edin və “?” əvəzinə uyğun olan variantı seçin.
      17 (202) 12
      31 (494) 16
      12 (214) 18
       ?  (628) 42
 A) 15    B) 12      C) 14     D) 21     E) 26

Sual-2. Qanunauyğunluğu müəyyən edin və “?” işarələri əvəzinə uyğun olan variantı seçin.
 74--90--45--42--58--29--26--42--21--?--?
 A) 19; 35     B) 18; 34      C) 17; 34          
D) 20; 35     E) 18; 33

Sual-3. Verilən sözlər cütü arasında məntiqi əlaqəyə analoji olan variantı seçin (sözlərin ardıcıllığı nəzərə alınmalıdır)
     yağ – marqarin
A) qənd – saxarin      
B) fotoqraf – şəkil
C) farfor – kirəmit     
D) musiqi – lent
E) siqnal – fit

Sual-4. Verilən sözlər arasında məntiqi əlaqəyə analoji olan variantı seçin (sözlərin ardıcıllığı nəzərə alınır).
    gövdə – ağac – meşə
A) kompyuter – monitor – cihaz
B) vərəq – dəftər – kitab
C) söz – cümlə – mətn
D) köynək – parça – paltar
E) yağış – damla – su 

Sual-5. Xəstəxanada müayinə üçün hər həkimə 50 xəstə, hər tibb bacısına isə 25 xəstə düşür. Əgər xəstəxanada həkim, tibb bacısı və xəstələrin birlikdə sayı 318 olarsa, həkimlərin sayı neçə nəfərdir?

 İnformatika
Sual-6. Windows əməliyyat sistemində pəncərəni bağlamaqüçün klaviaturada hansı düymələrdən istifadə edilir?
A) Alt+Esc    B) Ctrl+Alt    
C) Alt+Tab    D) Alt+Enter       
E) Alt+F4

Sual-7. Hansı obyektsiz verilənlər bazası mövcud ola bilməz?
A) Hesabatsız      B) Formasız      
C) Cədvəlsiz        D) Sorğusuz 
E) Yuxarıda sadalananların hamısı zəruridir

Sual-8. Verilənlər bazasında əsas açar (Primary Key) nədir?
A) Cədvəldə birinci sütundur
B) Cədvəldə yazıları birqiymətli təyin edən bir və ya bir neçə sütundur
C) Xarici açarın (foreign key) sinonimidir
D) Cədvəldə axırıncı sütundur
E) Yalnız ədədi qiymətlər yazılması mümkün olan sütundur

Sual-9. Keş – yaddaş harada yerləşir?
A) Prosessorun daxilində   
B) Əməli yaddaşın daxilində    
C) CD və ya DVD disklərdə
D) Xarici yaddaşın daxilində
E) Sərt diskdə

Sual-10. Aşağıdakılardan hansı(lar) rastr qrafika üzərində işləyir?
1. Corel Draw    
2. Photo Shop  
3. Paint      
4. Corel PhotoPaint   
5. Prolog

Qeydcik-1: Yaranmış Suallarınızı aşağıdakı rəy qutularına yaza bilərsiniz
Qeydcik-2: Magistr OL Tədris Mərkəzi haqqında məlumat və hazırlıqlara qeydiyyat üçün bura daxil olun.

No comments:

Post a Comment

www.magistrol.com

Digər Videolarımızı İzləmək Üçün ya videonun yuxarı sol küncündə olan düyməyə klikləyin ya da youtube-da Rəşadət Şərifov kanalına daxil olun.
MAGISTR OL