İngilis Dili Müəllimi - Ləman Abbasova

     
Abbasova Ləman Həsən qızı 1995-ci il 26 iyulda Bakı şəhərində anadan olmuşdur.153 saylı tam orta məktəbdə təhsil almışdır.Orta məktəbdə oxuyarkən həm ibtidai,həm də növbəti təhsil illərində müəllimlərinin istəyi ilə azərbaycan dili,ingilis dili və coğrafiya fənnləri üzrə olimpiadalara qatılmış və qələbə qazanmışdır.
2013-cü ildə məktəbi yüksək nəticələrlə bitirmiş və 596 balla Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin Filologiya(ingilis dili və ədəbiyyatı) ixtisasına qəbul olmuşdur.Təhsil aldığı müddətdə “Müasir tədris modeli.
Tələbələrdə öyrənmə marağının formalaşdırılması və inkişafı” və digər elmi tədbirlərdə fəal iştirak etmişdir.Bundan əlavə, bir müddət Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən  “Baku American Center”də ingilis dili müəllimi kimi fəaliyyət göstərərək ixtisasının incəliklərinə daha dərindən yiyələnmişdir.Bu zaman keşiyində ingilis dili ilə kifayətlənməmiş,rus və fransız dilini də öyrənmişdir.2016-cı ildə IELTS sertifikatını əldə etmişdir. Öz ixtisasına olan dərin məhəbbəti nəticəsində pedaqoji fəaliyyətə erkən başlamış və bir çox abituriyentin ali məktəbə qəbul olmasında əməyi keçmişdir. 2017-ci ildə 36 və 258 saylı tam orta məktəblərdə pedaqoji təcrübə keçmişdir.
Bakalavr təhsilini  fərqlənmə ilə bitirdikdən sonra Azərbaycan Dillər Universitetinin Dilşünaslıq(ingilis dili) fakültəsinə magistrant kimi qəbul olmuşdur.
Elmi fəaliyyətlə yanaşı  pedaqoji fəaliyyətlə məşğul olan Ləman Abbasova Magistr OL Tədris Mərkəzində ingilis dili dərsini tədris edir.

İştirak etdiyi yerli və beynəlxalq elmi konfranslar
1.”İngilis dili və ədəbiyyatında yeni yanaşmalar” mövzusunda Beynəlxalq Tələbə Konfransı
2.Azərbaycan Dillər Universitetində”Xarici dillərin tədrisinin aktual problemləri” Konfransı
3.”Pedaqoji kadr hazırlığına sinergetik yanaşma” Respublika elmi-praktik Konfransı
4. The U.S.-Educated Azerbaijani Alumni Association (AAA), and the Baku American Center “Leading the Way” Conference
5.”Learning to Learn”2nd International  Learning Conference  

Çap olunmuş elmi əsərləri
1.  Abbasova L.H  “Fundamentals of English stylistics”
2.  Abbasova L.H  “The formal-informal English Language Database”

No comments:

Post a Comment

www.magistrol.com

Digər Videolarımızı İzləmək Üçün ya videonun yuxarı sol küncündə olan düyməyə klikləyin ya da youtube-da Rəşadət Şərifov kanalına daxil olun.
MAGISTR OL