Informatika 1.5 İzahlı Testlər və Məsələ Həlləri

İzahlı Testlər

Çevirmələrə aid testlər tələbələrin ən çox çətinlik çəkdiyi test tiplərindəndir. Əslində bu testlər heç də çətin deyil. Adi sadə riyazi hesablamaları bilərək bu testləri asanlıqla həll etmək olar. Bir neçə nümunə testə baxaq.
İzahlı test №1. Hesablayın: 4 Mbayt – 10 Kbayt = ?
A) 14 Mbayt               
B) 3996 Kbayt            
C) 4086 Kbayt            
D) 4087 Kbayt            
E)4086 Mbayt

İzah: Bu test tapşırığını həll etmək üçün Mbaytı Kbayta çevirmək lazımdır. Çıxmaq üçün hər ikisi eyni  vahiddə olmalıdır. Böyükdən kiçiyə keçmək daha rahat olduğuna görə Mbaytı Kbayta çeviririk.
Yadda Saxlayın: BÖYÜKDƏN kiçiyə keçmək üçün 1024-ə vurmaq lazımdır. (ancaq baytdan bitə keçərkən 1024-ə deyil 8-ə vurmaq lazımdır)
4Mbayt=4*1024=4096Kbayt. Çevirdikdən sonra adi qayda ilə çıxırıq.
4 Mbayt – 10 Kbayt =4096 Kbayt– 10 Kbayt=4086 Kbayt
Cavab: C) 4086 Kbayt


İzahlı test №2. 2048Mbayt+3Tbayt=?
A) 2051 Gbayt            
B) 5123 Gbayt            
C) 4099 Gbayt            
D) 3065 Gbayt            
E) 3074 Gbayt

İzah: Göründüyü kimi bütün cavablar Gbaytla verilib. Misalda olanları da Gbayta çevirək və hesablayaq.
Yadda Saxlayın: kiçidən BÖYÜYƏ keçmək üçün 1024-ə bölmək lazımdır. (ancaq bitdən bayta keçərkən 1024-ə deyil 8-ə bölmək lazımdır)
2048Mbayt=2048/1024=2Gbayt
3Tb=3*1024=3072Gbayt
2048Mbayt+3Tbayt=2Gbayt+3072Gbayt=3074Gbayt
Cavab: E) 3074 Gbayt

 İzahlı test №3. 223 bit aşağıdakılardan hansına bərabərdir?
A) 1 Gbayt                  
B) 230 Kbayt                
C) 1 024 bit                 
D) 233 Kbayt               
E) 1 Mbayt

İzah: Əvvəlcə bitdən daha böyük vahid olan bayta keçək. Bunun üçün 8-ə bölmək lazımdır. Lakin misal 2 üstü şəklində verildiyinə görə 8-i də 2 üstü şəklində göstərək. 8=2*2*2=23 yəni . 8=23
223bit=223/23=220 bayt cədvələ baxsaq görərik ki 220 bayt 1Mbayt-dır. Əgər cədvəl yadda qalmırsa onda çevirməyə davam edərik. Bayt-dan Kbayta keçəndə yuxarıda da deyildiyi kimi 1024-ə bölürük. 1024=210.  220 bayt=220/210=210Kbayt. Kbayt-dan Mbayt-a da eyni üsulla keçirlər.
210Kbayt=210/210=20=1Mbayt (qeyd: üstü 0 olan ədədlər 1-ə bərabərdir.)
Cavab: E) 1 Mbayt

            Kodlaşdırmaya aid olan test tapşırıqları da tələbələr üçün əsas əngəllərdən biridir. Əslində isə həqiqətən də çox sadədir. (((bir şeyi yaddaşda möhkəm möhkəm saxlamaq lazımdır ki ASCII-da 1 simvol 1 bayt yer tutur. UNİCODE sistemində isə bir simvol 2 bayt yer tutur. ƏGƏR məsələdə kod sisteminin adı çəkilməyibsə onda siz fikirləşin ki ASCII-da olan kimi 1 simvolu 1 bayt hesablamaq lazimdir.)))
İzahlı test №4. Məlumatın yazılması üçün hər səhifədə 25 sətir olmaqla 3 səhifə istifadə olunmuşdur. Hər sətirdə 60 simvol olarsa, həmin məlumatın həcmi nə qədərdir?
A) 4500 bayt           B) 1200 MB             C) 4500 KB              D) 1536  KB            E) 1500 bit 



İzah: Bu məsələdə də kodlaşdırma sisteminin adı çəkilməyib. Ona görə də 1 simvolu 1 bayt hesablayacağıq. Əvvəlcə isə simvolların sayın tapmaq lazımdır.
Hər səhifədə 25 sətir hər sətirdə isə 60 simvol var. Deməli bir səhifədə  olar. 3 dənə səhifə olduğuna görə ümumi simvolların sayı   olar. 1 simvol 1 bayt olduğuna görə 4500 simvol 4500 bayt yer tutar. Cavab A) 4500 bayt    ((( Hər dəfə bu qədər şəkil çəkmək lazım deyil. Çalışın işin məntiqini anlayın. Sonrası rahatdı )))

Xatırlatma: Daha çox insanın görüb oxuması üçün dərsləri paylaşmağı unutmayın

Unutmayın: Bir dəfə öyrətmək 100 dəfə təkrar etməkdən yaxşıdır.  MagistrOL atalar sözü ))

Suallarınız yaranarsa günün 24 saatı Magistr OL qrupuna müraciət edə bilərsiniz.

Mündəricata Keçid Et

Müəllif: Rəşadət Şərifov

No comments:

Post a Comment

www.magistrol.com

Digər Videolarımızı İzləmək Üçün ya videonun yuxarı sol küncündə olan düyməyə klikləyin ya da youtube-da Rəşadət Şərifov kanalına daxil olun.
MAGISTR OL