Magistratura Haqqında Ən Çox Verilən Suallar

Xəbərin davamından Magistratura Haqqında Ən Çox Verilən Sualların Cavabları İlə Tanış Ola Bilərsiniz. Bir sözlə beyninizdə olan magistrla bağlı suallarınıza cavab tapacaqsız.

Diqqət: Magistr OL Tədris Mərkəzində Magistr Hazırlıqlarına Qeydiyyat Başlanmışdır. Ətraflı Məlumat Üçün  Buradan BAX»

Sual-1: Magistra hazırlaşmaq istəyirəm lakin bu haqda heç məlumatım yoxdur. 
-Ay əcəb edirsən. Məlumatın yoxdur bu dəqiqə olar. Bəs magistrol.com nə üçündür?! təbii ki sizi məlumatlandırmaq və öyrətmək üçün. Heç Eynşteyn də düz əməlli danışa bilmirdi ancaq indi adı Dahi sözünün sinonimidir. Kim bilir bəlkə gələcəkdə sənin də adın master sözünün sinonimi oldu :)
Magistrturada ya sən öz bakalavrda öyrəndiyin ixtisası daha da dərindən öyrənirsən. Yəni əməlli başlı elm adamı olursan. (təbii ki yaxşı oxusan. Yaxşı oxumasan da evdəkilər qonşunun yanında fəxrlə deyir ki "az həəə bizim uşaaq magistrda oxuyur").
Ya da ki düşünürsən ki, öz ixtisasımı artıq oxuduğum bəsdir yeni bir ixtisasım da olsun. O zaman MBA proqramını seçib olursan iqtisadçı (mühasib, menecer, marketinq və s.) MBA eşidib tez gözlərin parıldamasın astarı üzündən baha başa gəlir. Magistraturada təhsil ancaq əyanidir və 2 il davam edir.

Sual-2: Magistraturaya qəbul olmaq üçün nələrdən imtahan verməliyəm? 
-Magistraturaya qəbul imtahanı 2 turdan ibarət olur. 
1-ci tur hamı üçün eynidir. Və 3-cə fəndən imtahan veririsiz. Məntiq, İnformatika, Xarici Dil
*Məntiqdən 50 sual olur, onlardan 45-i test 5-i açıq sual.
*İnformatikadan 25 sual olur, onlardan 20-si test 5-i açıq sual.
*Xarici Dildən  25 sual. 20 test 5 açıq sual.
Hər suala görə bir bal verilir. Səhv düzü aparmır. Bildiklrinizi yazırsız sonra ağlınıza və əlinizə keçənə cavab atırsız, tutar magistr tutmaz canınız sağ olsun :D
Birinci turdan keçə bilsəz 2-ci turda illər ərzində universitetdə keçdiyiniz və "mükəmməl öyrəndiyiniz" ixtisasınızdan imtahan verəcəksiz. MBA-nı seçənlər isə ixtisas imtahanı əvəzinə orta məktəbin 9-cu sinif səviyyəsində riyaziyyatından və GMAT-dan imtahan verirlər.
İkinci turda cəmi 50 sual olur, 45 test və 5 açıq sual. Yenə də hər sual 1 bal və səhv düzü aparmır.

Sual-3: Magistraturaya qəbu imtahanları hansı aylarda olur? 
1-ci tur fevralın axırı martın əvvəli. İkinci tur isə normalda mayın axırı lakin Avropa Oyunları kimi bir hadisə təkrar baş versə aprelin axırı.

Sual-4: Magistraturaya hansı kitablardan hazırlaşım? 

-MƏNTİQ. Hazırlığa YOS İQ 1-ci hissədən başlayın. Kitabdakı testlərin sadədən çətinə doğru düzülməsi sizə köməy olacaq. Kitab başlamaq üçün yaxşı olsa da imtahan üçün tam kifayyət deyil (təqribən qəbulda düşəcək 50 məntiq sualından 20-25 dənəsi bu kitabdakı tiplərdən olur.) Onu bitirdikdən sonra TQDK məntiq kitabı (yerlərin dəyişik də işləyə bilərsiz). İPG-nin dediyinə görə mükəmməl bir məntiq kitabı hazırlayırlar. Amma çox adam çox söz deyər kitab çap olsun götürüm baxım həqiqətən də mükəmməl olsa deyəcəm onu da işləyərsiz. :) Olmazsa başqa kitablar məsləhət görərəm. Və birdə əlinizə düşən bütün sınaqları qəbulları hamsın işləyin (çoxsunu elə bu saytdan tapa bilərsən).  Faydası böyükdür. Testləri həll etməzdən əvvəl video dərsləri bu linkdən izləyə bilərsən: İZLƏ›››
İNFORMATİKA. IPG informatika kitabı və Magistr OL İnformatika test bankı İnformatikadan qəbulda olan 25 sualdan 25-nə də cavab yazmaq üçün mövcud olan kitablardır. Başqa kitaba ehtiyac yoxdur. Daha geniş məlumata sahib olmaq istəyirsizə o zaman Nəhəng TQDK informatika kitabını da oxuyun. Qısaca məlumat üçün sizə online dərslər təqdim edirik. Dərsləri bu linkdən oxuya bilərsiniz: İnformatika qısa kurs: OXU›››
İnformatika Video Dərsləri: İZLƏ››› 
Məntiqdə dediklərimiz informatika üçün də keçərlidir. Nə qədər test tapdız işləyin.
Başa düşmədiyiniz suallar üçün isə qrupumuzun qapısı pəncərəsi 24 saat üzünüzə açıqdır. QRUPA ÜZV OL›››


Sual-5: Hansı mövzuları Öyrənməliyəm? Qəbul proqramını hardan tapım?
-Siz istəməkdə olun. magistrol.com tapıb gətirər.
*Qəbul proqramları və Nümunə testlər üçün Magistr 1 və Magistr 2 jurnalına baxın. Online satışı var TQDK-nın saytında (Yəqin yaxın vaxtlarda artıq DİM-in saytı olacaq) 

Sual-6: Magistra hansı kursda hazırlaşım?
-Kurs filan lazım deyil. Yuxarıda adı keçən kitabları alırsız oturub evdə hazırlaşırsız. Təbii ki magistrol.com-un hamıya açıq olan online hazırlıq materiallarından da istifadə edirsiz.
Yox əgər düşünürsüzsə ki,  "Qılınc Müsəlmanlardansız" başınızın üstündə kimsə durmasa oxuya bilməzsiz o zaman təbii ki "Magistr OL" Tədris Mərkəzini seçirsiz və tam ürəkli şəkildə yaxınlarınıza məsləhət də görə bilərsiz sonunda onlar buna görə sizə təşəkkür edəcək. Online hazırlıqda rəqibsiz olduğu kimi real həyatda olan hazırlıqda da Magistr OL rəqibsizdir. (Təvazökarlıqdan uzaq da olsa həqiqəti demək lazımdır))) [Görünən dağa nə bələdçi?! :) birdən elə başa düşərsiz dağa gəzməyə gedirik qəti o fikirə düşməyin. Dağ qəbul olun sonra olacaq. İndi isə Təhsil, TəHsİL və yenə də tƏhSiL ]

Sual-7: Öz ixtisasıma uyğun magistrda hansı ixtisaslarda oxuya bilirəm?
Bunun üçün TQDK-dan magistr 3 jurnalı al ya da dost tanışdan tap ordan bax fərqi yoxdu. Nəysə çox uzatmayaq jurnala baxar baxmaz ilk sualın bu olacaq ki mən bundan necə istifadə edim? səbrin olsun deyirəm. Birinci sütunda öz bakalavr ixtisasını axtar tap. Tapandan sonra ikinci sütunda o bakalavr ixtisasının qarşısında olan ixtisaslardan istənilən birin seçə bilərsən. TQDK orda xətlərlə sərhəd çəkib diqqətlə bax tam aydın olacaq hamsı. 3-cü sutunda isə proqramının nömrəsi yazılıb onu da yaxşı-yaxşı əzbərlə lazım olacaq.

Sual-8: MBA nədir?

Öz ixtisası üzrə oxumaq istəməyənlər MBA proqramın seçə bilərlər. MBA proqramını seçərək siz, Biznes, Maliyyə, Bank işi, idarəetmə, mühasibat, insan resursları, İT və s. iqtisadi ixtisaslardan birinə sahib ola bilərsiz. Birinci turu adi magistrla eyni imtahandır (məntiq, informatika, xarici dil). İkinci turda isə orta məktəb riyaziyyatı və GMAT-dan imtahan verirsiz. Daha ətraflı məlumat üçün Videonu İzləyin

Sual-9: GMAT nədir?

GMAT biraz riyaziyyat, biraz həndəsə, biraz məntiq qarışığı olan Amerikansayağı test tipidir. Nümunə testlərə və həllərinə bu videoda baxa bilərsiz. Videonu İzlə

Əgər suallarınıza cavab tapa bilmədizsə aşağıdakı qutulara günün 24 saatı suallarınızı yaza bilərsiniz. Ən qısa zamanda cavablandırılacaq. (Gördüz cavablandırılmır elə bu saytdan Magistr OL-un əlaqə vasitələrin tapın onlara yazın.  Düşünməyin ki bezdirirsiz əksinə bizə xoşdur. Cavab gecikəndə isə bütün hirsinizi üstümüzə tökməyin, yazan çox olur başa düşün Lütfən. gec olsun güc olsun )))

Diqqət: Magistr OL Tədris Mərkəzində Magistr Hazırlıqlarına Qeydiyyat Başlanmışdır. Ətraflı Məlumat Üçün  Buradan BAX»

9 comments:

  1. Salam. Dersleriniz ve cavablariniz ucun cox tesekkurler. Cox komek olur. Men amma fransiz dili haqqda hec ne tapa bilmirem. Hansi derslikden hazirlasmaliyam? Mumkunse cavablandirardiz

    ReplyDelete
  2. Xanim, www.duolingo.com saytina girin. Genis saytdi istenilen dili oyrenmek ucun. Turk dilin bilmeyiniz kifayetdi.

    ReplyDelete
  3. Salam. Men Azerbaycan Dövlet Neft ve Senaye Universitetinde Senayenin tewkili ve idare olunmasi ixtisasi uzre tehsil aliram. Men magistratura tehsilimi Baki Dovlet Universitetinde oxumaq isteyirem,lakin hemin universitetde menim ixtisasim tedris olunur, ayri ixtisaslar vardir. Sualim odurki indi men BDUda movcud olan diger iqtisadiyyat ixtisaslari uzre magistr tehsili ala bileremmi? Cox xaiw edirem cavablandirarsiniz

    ReplyDelete
  4. Salam. Men Azerbaycan Dövlet Neft ve Senaye Universitetinde Senayenin tewkili ve idare olunmasi ixtisasi uzre tehsil aliram. Men magistratura tehsilimi Baki Dovlet Universitetinde oxumaq isteyirem,lakin hemin universitetde menim ixtisasim tedris olunmur, ayri ixtisaslar vardir. Sualim odurki indi men BDUda movcud olan diger iqtisadiyyat ixtisaslari uzre magistr tehsili ala bileremmi? Cox xaiw edirem cavablandirarsiniz

    ReplyDelete
  5. salam men magistr ucun fransiz dili proqramini nece elde ede bilerem?

    ReplyDelete
  6. mumkunse cvblandira bilersiniz zehmet olmasa

    ReplyDelete
  7. Salam.Men tercumeciyem ingilis dili uzre muellime ola bilerem?o hansi proqram ile olur zehmet olmasa deye bilersiniz.

    ReplyDelete
  8. Salam men riyaziyyat ixtisasini bitirmiwem rus bolmesini magistraturaya hazirawiram ingilis dilinen cetinlik cekirem istiyirem xarici dili rus dili goturem ondada az sektornan vermeli olacam deyiler orda ballar yuksekdi qalmiwam bele bilmirem ne edim ne meslehet gorerdiz?

    ReplyDelete

www.magistrol.com

Digər Videolarımızı İzləmək Üçün ya videonun yuxarı sol küncündə olan düyməyə klikləyin ya da youtube-da Rəşadət Şərifov kanalına daxil olun.
MAGISTR OL