İnformatika 1.7 Sınaq İmtahanı

Burda sizə təqdim etdiyimiz Say sistemləri mövzu sınaq imtahanının testlərin həll etmək üçün Bir əvvəlki Say Sistemləri dərsimizi oxumağınız vacibdir. Dərsi, testlərin sonundakı "Mündəricata Keçid Et" düyməsindən istifadə edərək tapa bilərsiniz.





1. Səkkizlik say sistemində verilmiş 11 ədədi 2-lik say sistemində necə ifadə olunur?
A)88
B)80
C)100
D)1000
E)1001

2. Hansı yazılış yanlışdır?
A)9999(10)
B)123(8)
C)FAC(16)
D)1101(2)
E)AБ(16)

3. 100(2)+5(8)+A(16) ədədlərinin cəmi onluq say sistemində neçə olar?
A)17
B)115
C)116
D)105
E)19

4. Hansı yazılış yanlışdır?
A)120(16)
B)120(10)
C)120(2)
D)120(8)
E)Heç biri

5. Aşağıdakılardan hansı cüt ədəddir?
A)100101001(2)
B)001101000(2)
C)001101001(2)
D)111101001(2)
E)101101101(2)

6. Onluq say sistemində verilmiş 37 ədədi 2-lik say sistemində necə ifadə olunur?
A)111(2)
B)10010(2)
C)10101(2)
D)100101(2)
E)100111(2)

7. 8-lik ədədin hər bir simvolu nə qədər informasiya daşıyır?
A)3bit
B)1bit
C)4bit
D)1bayt
E)3bayt

8. Onaltılıq say sistemində verilmiş “AC” yazılışı 10-luq say sistemində neçəni göstərir?
A)160
B)172
C)112
D)4108
E)4124

9. A,B,C,D hərfləri uyğun olaraq 00, 01, 10 və 11 ikilik ədədlərlə kodlaşdırılmışdır. BACD simvollar ardıcıllığı bu qayda ilə kodlaşdırılaraq 16-lıq say sistemində yazılarsa hansı ədəd alınar?
A)4B
B)411
C)1023
D)5A7
E)4AB

10. 73(x)+51(x)=144(8)
A)10
B)4
C)2
D)8
E)16

11. 16-lıq ədədin hər bir simvolu nə qədər informasiya daşıyır?
A)3bit
B)1bit
C)4bit
D)1bayt
E)3bayt

12. Onluq say sistemində cavabı tapın.
101(2)+6A8(16)+231(8)
A)1856
B)1868
C)1962
D)1862
E)1762

13. 2-lik ədədin hər bir simvolu nə qədər informasiya daşıyır?
A)3bit
B)1bit
C)4bit
D)1bayt
E)3bayt


14. Aşağıdakılardan hansı tək ədəddir?
A)10010100(2)
B)00110100(2)
C)00110100(2)
D)11110101(2)
E)10110110(2)

15. 1101011- ikilik ədədi üçün yaddaşda nə qədər yer ayrılır?
A) 7 bayt   B) 1 bayt    C) 12 bayt   D) 7 bit    E) 8 bit

16. 10+10=100 bu bərabərlik hansı say sistemində doğrudur?
A) səkkizlik B) altılıq     C) ikilik     D) on altılıq   E) onluq

17. Təkliflərdən hansı doğrudur?
A) səkkizlik say sistemi mövqesizdir
B) roma rəqəmləri mövqelidir
C) on altılıq say sistemi mövqesizdir
D) roma rəqəmləri mövqesizdir
E) onluq say sistemi mövqesizdir

18. 8-lik say sistemində neçə rəqəm var?
A) 12 B) 6 C) 8 D) 10 E) 7

19. Onluq say sistemində verilmiş 24 ədədi ikilik say sistemində nəyə bərabərdir?
A) 10111    B) 11111    C) 10000   D) 11000    E) 10101

20. Səkkizlik say sisteminin ən böyük rəqəmi hansıdır?
A) 10 B) 7 C) 0 D) 8 E) 1

21. Hesablayın:  110111(2)+AB(16)=?(8)
A) 345  B) 340     C) 343 D) 342    E) 348

22. Onluq say sistemindən hər hansı x say sisteminə keçmək üçün ..(x=ikilik,səkkizlik,on altılıq və s.)
A) Verilmiş ədədi x-ə bölmək və alınan qalıqları axırdan əvvələ ardıcıl düzmək lazımdır  
B) Verilmiş ədədi x-ə vurmaq lazımdır
C) Verilmiş ədədi sağ tərəfdən sıfırdan başlayaraq nömrələmək sonra hər bir rəqəmi x-in uyğun qüvvətinə vurmaq lazımdır
D) Verilmiş ədədi x-ə bölmək və alınan qisməti yazmaq lazımdır
E) Verilmiş ədədi qüvvətə yüksəltmək lazımdır

23. Verilmiş ədədlərdən hansı mövqelidir?
A) XV B) XX C) LX D) VX E) BC

24. Aşağıdakı ədədlərdən hansı mövqesizdir?
A) AB B) XV C) BC D) FA E) FE

25. Say sisteminin əsası nədir?
A) Say sistemində birinci və sonuncu rəqəm
B) Say sistemindəki simvolların sayı
C) Say sistemindəki 0 və 1-lərin sayı
D) Say sistemində 1-ci rəqəm
E) Say sistemində sonuncu rəqəm



Bütün dərslərimizi www.magistrol.com bloqundan oxuya və izləyə bilərsiniz. Suallarınız olduqda və nəyisə başa düşmədikdə günün 24 saatı Magistr OL qrupuna yazın.

DİQQƏT: Sualların Doğru Cavabını əldə etmək üçün www.magistrol.com keçidini paylaşmağınız kifayətdir. (limit share 50)

No comments:

Post a Comment

www.magistrol.com

Digər Videolarımızı İzləmək Üçün ya videonun yuxarı sol küncündə olan düyməyə klikləyin ya da youtube-da Rəşadət Şərifov kanalına daxil olun.
MAGISTR OL