YARIŞ-1 BAŞLADI


SUALLARI CAVABLAMAQ ÜÇÜN 24 SAAT VAXTINIZ VAR. QALİBLƏR SƏSVERMƏ YOLU İLƏ MÜƏYYƏN OLUNACAQ. Daha maraqlı izahlar yazmağa çalışın ki qalib ola biləsiniz. Kreativ olun, Qalstuklu ciddi cümlələrdən qaçın ki səslər xeyrinizə olsun :)).
YARIŞ qaliblərinin adları və onlar haqqında qısa məlumat  MAGISTR OL DAHİLƏRİ Sırasında asılacaq (kim istəsə şəkili də). Qaliblər ancaq izahlı cavab yazanlar arasından seçiləcək. (Məqsəd test variantlarını atıb tutmaq deyil, öyrənmək, öyrətmək və əsl istedadları üzə çıxarmaqdır)

SUAL-1- 60 suallıq bir imtahanda hər düz cavaba 1 bal verilir. Hər səhv cavaba 0,25 bal çıxılır. 60 suala cavab verən şagird 30 bal alıbsa neçə suala düz cavab verib?
A) 32      B) 33      C) 34      D) 35      E) 36


SUAL-2- A müəssisəsində 1650 işçi var və hər il işçi sayı 35 nəfər azalır. B müəssisənsində 750 işçi var və hər il işçi sayı 25 nəfər artır. Neçə ildən sonra müəssisələrin işçi sayı eyni olar?
A) 18       B) 16         C) 15          D) 13          E) 12




SUAL-3- Sinifdəki şagirdlər yeni il bayramını təbrik etmək  üçün bir– birilərinə mail göndərirlər. Ümumi olaraq 210 mail göndərildiyinə görə bu sinifdə neçə nəfər şagird var?
A) 13        B) 14        C) 15           D) 16          E) 17




SUAL-4- Müəyyən qədər qələm sinifdə şagirdlərə paylanacaq. Qələmlərin 20 – si paylanmasa hər 3 şagirdə 1 qələm düşər, əgər 5 şagirdə qələm verilməsə qalan şagirdlərin hər birinə 2 qələm düşər. Sinifdə neçə şagird var?
A) 15         B) 26         C) 18        D) 22        E) 16




SUAL-5- Qab boş olduqda ağırlığı a kq – dır. 1/3 hissəsi su ilə dolu olduqda çəkisi b kq olur. Qabı tamamilə su ilə  doldursaq, ağırlığı nə qədər olar?
A) 3a + 2b          B) 3b – 2a        C) 2a – 3b        D) b – 2a          E) a + 2b





No comments:

Post a Comment

www.magistrol.com

Digər Videolarımızı İzləmək Üçün ya videonun yuxarı sol küncündə olan düyməyə klikləyin ya da youtube-da Rəşadət Şərifov kanalına daxil olun.
MAGISTR OL