Rəşadət Şərifov

Şərifov Rəşadət Rəşid oğlu 1989-cu il noyabr ayının 10-da Azərbaycan Respublikasının Zərdab Rayonun Əlvən Kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbə də doğulduğu kəntdə getmiş və 2007-ci ildə oranı bitirərək Bakı Dövlət Universitetinin Fizika Fakultəsinin Fizika və Astronomiya ixtisasına qəbul olmuş, 2011-ci ildə "Günəş spektrində Franhaufer xətlərinin qravitasiya sürüşməsi" adlı buraxlış işini müdafiə edərək bakalavr təhsilini başa vurmuş, Fizika və Astronomiya ixtisası üzrə bakalavr dərəcəsi almışdır. 
      Elə həmin il Bakı Dövlət Universitetinin Fizika Fakültəsinin Bərk Cisimlər Fizikası Kafedrasının Bərk Cisimlər Fizikası ixtisasına magistrant kimi qəbul olmuşdur. Magistraturaya qəbul olduqdan sonra Daxili Qoşunların Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissəsində 1 il müddətinə hərbi xidmət keçmişdir. 2012-ci ildə hərbi xidməti başa vurduqdan sonra magistratura pilləsində təhsilini davam etdirmiş və 2014-cü ildə "Spin-orbital qarşılıqlı təsirli nanoölçülü GaN kvant təbəqəsində işığın ikifotonlu udulması" adlı disertasiyasını müdafiə edərək Magistr dərəcəsi almışdır. 
         Şərifov R. R. Təhsil Nazirliyinin 22.08.2014-cü il tarixli əmri ilə Bərk Cisimlər Fizikası ixtisasından Fəlsəfə Doktoru proqramı üzrə Doktorantura pilləsinə qəbul edilmişdir. Hal hazırda doktorantura pilləsində təhsilini və Nano ölçülü sistemlərin optik xassələrinin öyrənilməsi istiqamətində elmi araşdırmalarını davam etdirir.
        Elmi fəaliyyətlə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olan Rəşadət Şərifov Fizika, Riyaziyyat, Məntiq, İnformatika, GMAT dərsləri tədris edir. Yüzlərlə tələbənin universitetlərdə təhsilini davam etdirməsində əməyi olmuşdur. İdeya müəllifi olduğu magistrol.com ödənişsiz online təhsil sistemindən istifadə edənlərin sayı isə minlərlədir.

İştirak etdiyi yerli və beynəlxalq elmi konfranslar
1. Ümummilli lider H.Əliyevin 90 illikyubileyinə həsr olunmuş “Fizika və Astronomiya problemləri” mövzusunda VIII Respublika Elmi Konfransı (17 may , 2013) 
2. Akademik B.M.  Əsgərovun 80 illik yubileyinə həsr olunmuş “ Fizikanın aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfransı (6 dekabr,2013)
3. Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı (19 aprel, 2014)
4.Ümummilli lider H.Əliyevin 91 illikyubileyinə həsr olunmuş “Fizika və Astronomiya problemləri” mövzusunda Respublika Elmi Konfransı (22 may, 2014)


Çap olunmuş elmi əsərləri
1. Şərifov.R.R. "Spin-orbital qarşılıqlı təsirli kvant təbəqəsində işığın ikifotonlu udulması." 
2. Şərifov.R.R. "İnvers zonalı yarımkeçirici əsaslı silindirik kvant məftilində ikifotonlu udulma." 
3. Şərifov.R.R. "Aşağı ölçülü yarımkeçirici sistemlərdə işığın udulması." 
Şərifov.R.R."Yarımkeçirici əsaslı silindrik kvant nöqtəsində işığın ikifotonlu udulması."

Rəşadət Şərifov Rəsmi Facebook Səhifəsi



Fikirlərinizi Aşağıdakı Qutulara Yaza Bilərsiniz

2 comments:

  1. Salam. Bu qəbul testləri sizdə vardısa onu magistrol.com saytınıza yerləşdirə bilərsiniz? Mümkündürsə əvvəlki qəbul testləri kimi bunu da bir bütün halında saytda paylaşın.

    ReplyDelete
  2. Salam,Rəşadət müəllim,imkan daxilində 2021 vakansiya haqqında məlumatlandırma edə bilərsiniz? Mən hal-hazırda Bakı Dövlət Universiteti,Fizika fakültəsi,4-cü kurs tələbəsiyəm,istəyim 2021ci tədris ilində sizin kursda müəllim olaraq işləməkdir.

    ReplyDelete

www.magistrol.com

MAGISTR OL