İmtahanda Məntiqdən Mövzular üzrə Düşən Sual Saylarını Bilirsinizmi?


Hər il magistraturaya qəbul imtahanında 50 sual məntiqi təfəkkürü yoxlamaq üçün təşkil olunur. Bu sualların içərisində verbal məntiq, riyazi məntiq və fiqur əlaqələri haqqında suallar olur. Sualların mövzu bölgüsü üzrə sayı konkret olmasa da, müəllimlərimiz tərəfindən ümumi olaraq şərti bölgü aparılıb.

Xarici ədəbiyyatlarda məntiq elmi 3 qola ayrılır: Riyazi məntiq, Verbal məntiq, Fiqurlarla bağlı məntiq. Ölkəmizdə isə məntiqin bu qolları şaxələnərək bir neçə yerə bölünür. İndi gəlin, bizə lazım olan hissəyə keçək.

Magistratura imtahanında sizin qarşınızda 8 mövzu Riyazi məntiqdən, 8 mövzu Fiqurlar haqqında məntiqdən, 3 mövzu isə Verbal məntiqdən olmaqla 19 mövzu olacaq.

1) Şifrələr --- 1-2 sual

2) Əməllər (Qeyri-aşkar operatorlar) --- 2-3 sual

3) Riyazi əməllər (Aşkar operatorlar) --- 2-3 sual

4) Şəklin analizi --- 1-2 sual

5) Cədvəllər --- 2-3 sual

6) Rebuslar --- 2-3 sual

7) Ardıcıllıqlar (Sıralar) --- 1-2 sual

8) Şəkil münasibətləri --- 3 sual

9) Şəkil ardıcıllığı --- 2-3 sual

10) Şəkil cədvəlləri --- 2-3 sual

11) Tərəzilər --- 2-3 sual

12) Hesab əməlləri --- 2-3 sual

13) Mətnin Məntiqi Təhlili --- 8-9 sual

14) Analogiya və anaqram ---  4-5 sual

15) Sahə və perimetr --- 1 sual

16) Cədvəl, Qrafik, Diaqram --- 1 sual

17) Fəza fiqurları --- 2 sual

18) Müstəvi Təsəvvür --- 2 sual

19) Riyazi məsələlər --- 4 sual

Əvvəldə də qeyd etdiyimiz kimi "Məntiqdə hər mövzudan neçə sual düşür?" sualının cavabı konkret deyil, bölgü müəllimlərin illərdən gələn təcrübəsinə əsasən hazırlanmışdır.

Burada qeyd olunan bütün mövzular haqqında test tapşırıqları ilə tanış olmaq istəyirsinizsə, Magistr OL-un tam imtahan proqramına əsasən hazırlanmış məntiq kitabını əldə edə bilərsiniz.

 >>>Kitabı əldə etmək üçün klikləyin<<<




1 comment:

www.magistrol.com

MAGISTR OL