YARİŞ-3 İnformatika

Yarışda Qalib Ol Və Hədiyyələr Qazan
(Hər gün saytda yarış keçiriləcək. Ayın sonunda həmin ay ərzində yarışlarda fəallıq göstərmiş şəxslər mükafatlandırılacaq. Günün qaliblərinin adı isə Saytın SAVADLILAR guşəsinə yazılacaq, istəsələr şəkilləri də adlarının yanında olacaq :)) . Suallara Cavab yazmaq üçün facebook və google hesablarinizdan istifadə edə bilərsiniz. Əgər google hesabiniz yoxdursa
mail.google.com ünvanına daxil olun və özünüzə e-mail adresi açın. Həm e-mailiniz olacaq həm də google hesabınız. 3 dəqiqəlik bir işdir. Yarışda İştirak Edən Hər Kəsə Uğurlar.
Qeyd: Qalibləri seçərkən əsasən izahlı cavablara üstünlük veriləcək

Sual-1
      CMOS-un (Complimentary Metal Oxide Semiconductor  
         -metal  oksid yarımkeçirici kristal) əsas funksiyası hansıdır? 

A) kompüterin resurslarının diaqnostikasını təmin edərək,
     kompüter işə düşdükdə əməliyyat sistemini əməli
     yaddaşa yükləyir
B) kompüterin konfiqurasiyasını, zamanı və tarixi yadda
     saxlamaq funksiyasını həyata keçirir
C) kompüter resurslarını idarə edir, tətbiqi proqramların işə
     salınmasını, onların xarici qurğular və digər proqramlarla
     qarşılıqlı əlaqəsini təmin edir
D) əməli yaddaşın imkanlarını artırır, əməliyyat sistemini
     tamamlayır, tətbiqi proqramların işləməsi mühitini
     yaradır
E) kompüterin konfiqurasiyasını yadda saxlayaraq,
     kompüterin resurslarının diaqnostikasını təmin edir və 
     əməliyyat sistemini əməli yaddaşa yükləyir


Sual-2
    Windows sistemində klaviaturanın dilini (raskladkasını)
     hansı düymələrin kombinasiyası ilə dəyişmək mümkündür?   

     A) Ctrl+Shift və ya Alt+Shift
     B) Ctrl+Alt+Del   
     C) Ctrl+Alt+Shift
     D) Ctrl+Alt və ya Ctrl+Shift

     E) Ctrl+Alt və ya Alt+Shift

Sual-3
   MS DOS sistemində DEL D:\DR\?a*.txt komandası
    hansı əməliyyatı yerinə yetirir?

   A) D diskindəki DR qovluğunda yerləşən və adı istənilən  
        simvolla başlayan, adındakı ikinci simvol “a” olan txt  
        genişlənməsinə malik bütün qovluqları silir
   B) D diskindəki DR qovluğunda yerləşən və adı “?” ilə
        başlayan, adındakı ikinci simvol “a” olan txt
        genişlənməsinə malik bütün faylları silir
   C) D diskindəki DR qovluğunda yerləşən və adı istənilən  
        simvolla başlayan, adındakı ikinci simvol “a” olan txt
        genişlənməsinə malik bir faylı silir
   D) DR qovluğunda yerləşən və adı “?” ilə başlayan,  
        adındakı ikinci simvol “a”, üçüncü simvol “*” olan txt 
        genişlənməsinə malik bütün faylları silir
   E) D diskindəki DR qovluğunda yerləşən və adı istənilən  
        simvolla başlayan, adındakı ikinci simvol “a” olan txt  
        genişlənməsinə malik bütün faylları silir


Sual-4
      MS Word-də mətn fraqmentini mausun köməyilə necə
      kopyalamaq (surətini çıxarmaq) olar?

     A) mətn fraqmentini seçmək, mausun göstəricisini
          (oxunu) Standart paneldə Cut (Вырезать)
          piktoqramına (düyməsinə) sıxmaqla
     B) mətn fraqmentini seçmək, mausun sol düyməsini və  
          CTRL düyməsini birlikdə sıxmaqla mətni daşımaq
     C) mətn fraqmentini seçmək, mausun sol düyməsini və
          SHİFT düyməsini birlikdə sıxmaqla mətni daşımaq
     D) mətn fraqmentini seçmək, mausun sol düyməsini
          sıxmaq və mətni daşımaqla
     E) mətn fraqmentini seçmək, mausun göstəricisini 
          (oxunu) Standart paneldə Copy (Копировать)
          piktoqramına (düyməsinə) sıxmaqla

Sual-5
      Proqramın yarlığını (qısa yol, shortcut) sildikdə nə baş  verir?

   A) Proqram silinir     
   B) Proqram silinmir, yalnız yarlıq (qısa yol) faylı silinir
   C) Proqramın yerləşdiyi qovluq silinir 
   D) Proqramın yerləşdiyi qovluqda yarlığı (qısa yol) silinir
      E) Heç nə baş vermir


2 comments:

  1. izahli cavablar yazilmadigina gore yariş 3-de hec kim qalib olmadi)))) Tənbəlləşibsiz

    ReplyDelete

www.magistrol.com

Digər Videolarımızı İzləmək Üçün ya videonun yuxarı sol küncündə olan düyməyə klikləyin ya da youtube-da Rəşadət Şərifov kanalına daxil olun.
MAGISTR OL