İnformatika 1.1 İnformatika Elmi, İnformasiya və İnformasiyanın xassələri

Dərsin adındakı 1.1 onu göstərir ki bu birinci fəslin 1-ci hissəsidir. Əgər xatırlayırsızsa informatikanın xəritəsin çəkəndə biz informatika dənizin bir stəkana yığmşdıq.  1 stəkan da olsa duzlu dəniz suyudur birdən-birə içsəz boğazınız qovuşar. JJ
Elə o səbəbdən də dərsi hissələrə parçaladıq ki, "boğazınızdan rahat keçsin"

a. İnformatika elmi, onun predmeti və əsas tərkib hissələri

           Əgər sıfırıncı dərslə (yəni informatikanın xərtitəsi dərsilə) tanış olmusunzsa bu dərsi rahatlıqla öyrənə biləcəksiz. Tanış olmamısınızsa BURDAN daxil olub mütləq oxuyun.
İnformatika sözü iki sözün birləşməsindən əmələ gəlmişdir: İnformasiya və Avtomatika.
İnformatika termini ilk dəfə fransızlar tərəfindən avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq məqsədi ilə istifadə olunub. İngilis dilli ölkələrdə İnformatika termini əvəzində Computer Science (Kompyuter Elmi) termini işlədilir. İnformatika İnformasiya və onun proseslərini öyrənir. İnformasiya və prosesləri haqda bir qədər sonra daha ətraflı danışacağıq. İndi isə çox mühüm anlayışlardan olan İnformatikanın tərkib hissələrini şərh edək.
            İnformatikanın 3 əsas tərkib hissəsi var:
1      Hardware (aparat, cihaz təminatı)-informatikada qurğularla bağlı nə varsa hamsı bu bölməyə daxildir. Qurğuların öyrənilməsi, qarşılıqlı əlaqəsi və s. (qurğu dedikdə: monitor, prosessor, siçan, printer və s. başa düşülür)
2      Brainware (alqoritm təminatı)-alqoritm müəyyən əmrlər ardıcıllığıdır. Kompyuterdə hər hansı məsələ həll olunduqda müəyyən ardıcıllığa riayət olunmalıdır ki, həmin ardıcıllıqlar da alqoritmdir. Biz gündəlik həyatımızda da alqoritmlərdən istifadə edirik. Məsələn bu gün axşamdan səhərki günümüzü planlaşdırırıq. Cızdığımız bu plan özü də bir alqoritmdir.
3     Software (proqram təminatı)-kompyuterdə olan bütün proqramların toplusu bu bölməyə aiddir. Həmçinin proqramların öyrənilməsi və yeni proqramların hazırlanması da bu bölmənin əsas məsələlərindəndir.
Kitabda şərh edəcəyimiz mövzuların çoxsu bu 3 tərkib hissənin üzərində qurulur. Növbəti II fəsil Harware tərkib hissəsinə, ondan sonrakı III fəsil Brainware tərkib hissəsinə, sonrakı IV-XI fəsillər isə Software tərkib hissəsinə həsr olunub. Nəhayət sonuncu iki fəsildə şəbəkələr və İnternet qlobal şəbəkəsi şərh olunub.


b. İnformasiya anlayışı və informasiyanın  əsas xassələri

İnformasiya anlayışı İnformatikanın ilkin anlayışlarındandır. Yəqin orta məktəbdən  bilirsiniz ki, Həndəsədə nöqtəyə və düz xəttə tərif verilmir. Onlar Həndəsənin ilkin anlayışlarıdır. İnformasiya da ilkin anlayışlardan olduğuna görə ona tərif verilmir. Bəs ümumiyyətlə informasiya dedikdə nə başa düşürük? İnformasiya dedikdə hər hansı məlumat, xəbər, biliklər toplusu başa düşülür.
Bəzən deyirlər, filankəs ağıllı, cəsur, savadlı, dostluq etməyi bacaran insandır. Bu saydıqlarımız insanlara aid olan xassələrdir. İnformasiyanın da insanlar kimi xassləri var. Bu xassələrlə tanış olmazdan əvvəl onu da qeyd edək ki, əvvəlki illərin qəbul imtahanlarının test tapşırıqlarına nəzər saldıqda bu xassələrin adına tez-tez rast gəlinir. Məsləhətdir ki onların adını yadınızda yaxşı saxlayasınız. İnformasiyanın xassələri ilə daha geniş şəkildə aşağıdakə cədvəldən tanış ola bilərsiniz 

Xassənin Adı
Xassənin mahiyyəti
Tamlıq
Məs:  “Stolun  üstündə  qırmızı  kitab  vardır”  kitab haqda  olan  bu  informasiya  tam  deyil.  Çünkü  bu informasiyadan  biz  ancaq  kitabın  rəngini  öyrənə bilirik. Onun nə kitabı olduğu, neçə səhifədən ibarət olması və s. haqqında məlumatımız olmur.
Faydalılıq
Hal  hazırda  oxuduğunuz  informasiya  faydalı
informasiyadır.  Qəbul  imtahanında  sualları
cavablandırarkən sizə lazım olacaq.
Dəqiqlik
Məs: “Deyəsən yol ilə  gələn Caviddir”  bu qeyri dəqiq informasiyadır  və  gələnin  kim  olduğunu dəqiq şəkildə
müəyyənləşdirməyə imkan vermir.
Anlaşıqlıq
Mövcud  olan  informatika  kitablarının  hamsında faydalı (dəyərli)  informasiyalar  var,  lakin  onların  çoxsu anlaşıqlı (başadüşülən) deyil. Sizə təqdim etdiyimiz bu kitabdakı informasiyalar isə tamamilə anlaşıqlıdır.
Obyektivlik
Elşən  deyir  ki  “Elman  yaxşı  insan  deyil.”  Bu
informasiya  Elşənin subyektiv fikridir, obyektiv deyil. Ola bilsin ki Elşənin Elmandan xoşu gəlmədiyi üçün belə  deyir.  Obyektiv  informasiya  insanların fikirlərindən  asılı  olmayan  və  həqiqəti  əks  etdirən informasiyadır.
Etibarlılıq
Obyektiv  informasiyalar  həm  də  etibarlı  olur,  çünki onlar həqiqəti əks etdirir. Subyektiv informasiyalar isə etibarlı olmaya da bilər. Məsələn Elşən Elman haqda olan  informasiyanı  öz  maraqlarına  uyğun  olaraq dəyişdirə də bilər.
Aktuallıq
İnformasiyanın  aktuallığı  onun  cari  zaman  anına uyğunluğudur.  Hal  hazırda  oxuduğunuz  informasiya aktualdır.  Çünki  Hal  hazırda  informasiya  əsrində yaşayırıq.
Adekvatlıq
İnformasiyanın  məqsəd  və  vəzifələrə  nə  dərəcədə cavab vermə qabiliyyətidir.
Təzəlilik
Çox şeyin təzəsi və köhnəsi olduğu kimi informasiya da təzə və köhnə ola bilər.
                                                                                  
Yoxlama Sualları:
1. İnformatika sözü hansı sözlərin birləşməsindən əmələ gəlib?
2. İnformatika nəyi öyrənir?
3. İnformasiyanın xassələrini bir kağıza yazın. Hamsını yaza bildinizmi?
4. Xassələri yazandan sonra onların mənasını düşünün. Dərk edə bilmisinizmi?
Yuxarıdakı suallarının hamsını cavablaya bildinizmi? Cavablaya bilmədinizsə ruhdan düşməy olmaz bir neçə dəfə də oxuyun dərsi. Oxuyarkən fikriniz özünüzdə olsun. Səbr və təmkinlə anlyaraq oxuyun.
Yox əgər cavablaya bildinizsə o zaman 5-ci bənd gəlir.
5. Öyrəndiklərinizi bir dostunuza yaxud tanışınıza öyrətməyə cəhd edin. 
Unutmayın: Bir dəfə kimisə öyrətməyə cəhd etmək 100 dəfə o mövzunu təkrar etməkdən daha faydalıdır.

Xatırlatma: Bəyəndiyiniz dərsləri, dostlarınızın da görüb oxuması üçün paylaşın

Suallarınız yaranarsa günün 24 saatı Magistr OL qrupuna müraciət edə bilərsiniz.

Mündəricata Keçid Et

Müəllif: Rəşadət Şərifov

No comments:

Post a Comment

www.magistrol.com

Digər Videolarımızı İzləmək Üçün ya videonun yuxarı sol küncündə olan düyməyə klikləyin ya da youtube-da Rəşadət Şərifov kanalına daxil olun.
MAGISTR OL