Onlayn Sınaq + Video İzah

Xəbərin Davamından Onlayn Sınaq Və Video İzahlar Haqda Məlumat Əldə Edə Bilərsiniz.

Çoxunuzun uzun yazıları oxumadığını bilirəm. Bu yazı da onlardan biridir. Və sən hələ də bu yazını oxumağa davam edirsənsə "ziyanın yarısından qayıtmaqda xeyirdir" deyib oxumağı dayandıra bilərsən. Yox əgər israrlısansa oxumağa, o zaman günah məndən getdi. Məncə bir də düşün dəyərmi bu boyda dastanı oxumağa? Bura qədər oxumusansa o zaman birinci sirri açmağa dəyər.
Sirr 1: yazının bura qədər olan hissəsi diqqət çəkmək üçün idi. Və buna artıq nail oldum çünki sən hələ də oxuyursan 😊 Keçək əsas məsələyə bu yazıda sizə "HƏR GÜN ONLAYN SINAQ və BU SINAĞIN VİDEO İZAHI" haqda danışacam. Və yalandan Bunu sizə kömək məqsədilə edirik də deməyəcəm. Tam dürüst olub sizə ikinci sirri açıram: Sirr 2: Bu sınaq və videoların məqsədi yeni adımızı (Magistr OL , Müəllim OL , Məmur OL) Geniş izləyici kütləsinə çatdırmaqdır. Normal insan olaraq tez düşündün ki Bəs burda Mənim xeyrim nədir??? Sənin xeyrin odur ki tam qəbul proqramı əsasında sınaqlar işləyib biliyini yoxlayacaqsan və mükəmməl izahlara baxıb biliyinə bilik əlavə edəcəksən. Bunun qarşılığında tək istədiyimiz şey baxdığın videoları mümkün qədər çox yerdə paylaş ki daha çox insan izləsin. Bəziləriniz düşündü ki əladır ki baxaram paylaşmasam da olar başqaları paylaşar. Xeyr gözəl insan özünü kənara çəkmək yoxdur. Baxış az olsa nə Video olacaq nə də ki sınaq ))) Olmasını istəyirsənsə başqaları edər demə əlini daşın altına qoy (tərcüməsi: yəni ki baxdığın videonu paylaş) paylaşım üçün haştaqlar da hazırdır hətda. #MagistrOL #MüəllimOL #MəmurOL Paylaşım edərkən babalarımız demişkən haştağları unutmayın. Yazını bura qədər oxuyan səbr sahiblərinə ƏHSƏN. Şərtlərlə razısızsa rəylərə fikirlərinizi yaza bilərsiniz.

1 comment:

www.magistrol.com

Digər Videolarımızı İzləmək Üçün ya videonun yuxarı sol küncündə olan düyməyə klikləyin ya da youtube-da Rəşadət Şərifov kanalına daxil olun.
MAGISTR OL