İngilis Dili Müəllimi-Günel Qacarova

Qacarova Günel Abil qızı 1995-ci il 26 oktyabr tarixində Gürcüstanın Tetritskaroy rayonunda anadan olmuşdur. 1998-ci ildən etibarən ailəsi ilə birlikdə Bakı şəhərində yaşamağa başlamışdır. 278 saylı tam orta məktəbdə təhsil almışdır. İngilis dili, Tarix və Azərbaycan dili kimi humanitar fənnlər üzrə dövlət səviyyəsində bilik yarışlarına qatılaraq birincilik qazanmışdır. 
2013-cü ildə məktəbi  fərqlənmə ilə bitirmiş və 591 balla Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasına qəbul olmuşdur. 2014-cü ildə IELTS sertifikatı əldə etmişdir. Universitetdə təhsil aldığı müddətdə sosial işlərdə fəal iştirak edib. Baku İnternational Students Organization’da könüllülük proqramına qoşulmuşdur.  2017-ci ildə “İngilis dilində fitonim və zoonim tərkibli leksik birləşmələrin xüsusiyyətləri” adlı buraxılış işini müdafiyə edərək, bakalavr təhsilini başa vurmuşdur. 
Elə həmin il Azərbaycan Dillər Universitetinin Dilşünaslıq (ingilis dili) ixtisasına magistrant kimi qəbul olmuşdur. “Azərbaycan və İngilis dillərində etnoqrafik leksika” adlı dissertasiya işini müdafiə edir. Azərbaycan Dillər Universitetində təhsil aldığı zaman müddətində ingilis dili ilə yetinməmiş və əlavə olaraq alman dili, fransız dili və qədim latın dilini öyrənmişdir.
Elmi fəaliyyətlə yanaşı illərdir pedaqoji fəaliyyətlə də məşğul olan Günel Qacarova MagistrOl tədris mərkəzində İngilis dili fənnini tədris edir və tələbələrin universitetlərdə təhsilini yüksək nəticə ilə davam etdirməsində əməyi olmuşdur. 

İştirak etdiyi yerli və beynəlxalq elmi konfranslar 

1. Humanitar Araşdırmalar İctimai Birliyi “Azərbaycan Tarixi və Azərbaycan gəncliyi tarixi kontektsdən müasir reallığa doğru” Konfransı 
2. Political Psychological Center with Samad Seyidov and Mr. Ian Liddell Grainger “Conservative Party Politician of UK Parliament” Konfransı 
3. “İngilis dilinin Azərbaycan gənclərinin sosial həyatına təsiri” üzrə Respublika Elmi Konfransı
4. “Davamlı inkişaf: problemlər və perspektivlər” adlı Elmi-praktiki Konfrans
 5. Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş beynəlxalq Konfrans
“Kommunikasiyada bədən dilinin və paralinqvistik elementlərin rolu” mövzusunda elmi-praktiki Konfrans


Çap olunmuş elmi əsərləri

1. Qacarova G.A “Azərbaycan və İngilis dillərində etnoqrafik leksika”
2. Qacarova G.A. “İngilis dilində fitonim və zoonim tərkibli leksik birləşmələrin xüsusiyyətləri”
3. Qacarova G.A.  “İngilis dilinin nəzəri qrammatikası”

No comments:

Post a Comment

www.magistrol.com

MAGISTR OL