İngilis Dili Müəllimi-Aytən Vəliyeva

Vəliyeva Aytən Namiq qızı 1994-cü il sentyabr ayının 14-ündə Gəncə şəhərində anadan olmuşdur. Uşaqlıqdan öyrənməyə olan marağı onu anasının da köməyi ilə 1-ci və 2-ci sinif dərs proqramını tam mənimsəməyə nail olmasına səbəb olmuşdur. Lakin o zamanlar atasının işi ilə əlaqədar olaraq, Bakı şəhərinə köç etmiş və ibtidai təhsilinə elə Bakı şəhərində başlamışdır.
Həmin dövrdə yaşı erkən olduğu üçün ibtidai məktəbə qəbul olunması mümkün olmadığı halda, uşaqlıq dövrlərindən də gələn fitri istedadı və xüsusi imtahan edilərək göstərdiyi çox mükəmməl nəticə ilə ibtidai sinifə erkən yaşlarından qəbul olunmuşdur. Lakin bir müddət sonra, yenə atasının işi ilə bağlı olaraq, Gəncə şəhərinə geri qayıtmaq məcburiyyətində olmuşdur. Buna bağlı olaraq, orta məktəb təhsilini Gəncə şəhərində davam etdirməli məcburiyyətində qalmışdır. Gəncə şəhərində  müxtəlif məktəblərdə təhsil almağı onun təhsilə olan marağına mənfi deyil, əksinə müsbət təsir bağışlamışdır.  Dəqiq fənnlərdən – riyaziyyat, fizika və kimya kimi fənnlərdən olan yüksək biliyi həmin dövrdə məktəbinin də təkidi ilə müxtəlif olimpiadalara qatılmasına, məktəbinə və özünə birincilik qazandırmasına gətirib çıxarmışdır.

2011- ci ildə Gəncə şəhərində təhsil aldığı məktəbi qızıl medalla bitirmiş və elə həmin ili də Bakı Slavyan Universitetinin “Xarici dil müəllimliyi – ingilis dili üzrə” ixtisasına daxil olmuşdur. Həmin illərdə xarici dilə olan marağı onun bir neçə dil sahibi olmasına köməklik göstərmişdir. Bu illərdə ingilis dili ilə yanaşı, ikinci xarici dili kimi rus dilini də öyrənmiş lakin bununla kifayətlənməyərək, öz səyi ilə heç bir əlavə kömək olmadan hind dilini də öyrənməyə başlamışdır. Bakalavr təhsili boyunca bir çox elmi konfranslara və formlara qatılmış və belə tədbirlərdə yaxından iştirak etmişdir. 2015 - ci ildə Charlotte Bronte –nin “Jane Eyre” əsərində birbaşa original formadan “The Stylistic Devices (Rhetorical Devices or Figures of Speech) in Jane Eyre” adlı buraxılış işini müdafiə edərək bakalavr təhsilini fərqləndirmə, yəni qırmızı diplom ilə bitirmiş və “İngilis dili müəllimliyi” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Eyni ildə də IELTS (International English Language Testing System) imtahanı verərək, IELTS sertifikatı əldə etmişdir.

Müxtəlif dilləri öyrənməsinə və bilməsinə baxmayaraq, iqtisadiyyata olan marağı sayəsində həmin ili, 2015 – ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin MBA fakültəsinə “Maliyyə” ixtisası üzrə yüksək nəticə ilə qəbul olunmuşdur. Magistr təhsilini də bakalavr təhsili kimi fərqləndirmə ilə, qırmızı diplomla bitirib həmin ixtisas üzrə magistr dərəcəsi almışdır. Bakalavr təhsili boyunca olduğu kimi, magistr təhsili boyunca da dil öyrənmək fikrindən daşınmamış və həmin dövrlərdə koreya dilini öyrənməyə maraq göstərməyə başlamışdır. Koreya dilinə də sahib olduğundan ölkəmizdə keçirilən müxtəlif konfranslarda və tədbirlərdə həm könüllü, həm də təşkilati məsələlərdə rəsmi işçi kimi fəaliyyət göstərmişdir. Bununla yanaşı, koreya dili bilmə səviyyəsini ölçən rəsmi TOPİK sertifikatı da əldə etmişdir. Hal-hazırda ana dili azərbaycan dili ilə yanaşı, 5 dildə - ingilis dili, türk dili, rus dili, hind dili və koreya dillərində səlis  danışa bilir.

İllərdir davam edən elmi fəaliyyəti ilə yanaşı, pedaqoji fəaliyyətə də erkən dövrlərdə başlamışdır. Magistr imtahanına hazırlaşdığı dövrdə həddindən artıq səbri və öyrətmə bacarığı ilə digər yoldaşlarını da öyrətməyə, kömək olmağa çalışması müəllimlərinin diqqətindən yayınmamışdır. Təsadüfi deyildir ki, savadı və müəllimə xas olan bu bacarıqları sayəsində növbəti tədris ilində onlarla birgə işləmək təklifi almışdır. Elə fəaliyyətə başladığı ilk gündən Magistr OL Tədris Mərkəzində işləməyə başlamış və uzun illərdir Magistr OL Tədris Mərkəzinə bağlı qalaraq, burada öz fəaliyyətini davam etdirməkdədir. Hal-hazırda Magistr OL Tədris Mərkəzində fəaliyyətini davam etdirən Vəliyeva Aytən İngilis dili, Riyaziyyat və GMAT dərslərinin tədris ilə məşğuldur. Fəaliyyət dövrü boyunca yüksəd savada malik olması ilə yanaşı, tələbələrinə qarşı olan sonsuz səbri və mehribanlığı həmişə tələbələrinin diqqət mərkəzində olmuşdur. Online keçirilən dərslər, videolar vasitəsi ilə mövzuların başa salınması, testlərin izahı  və s. kimi yollarla magistra özü hazırlaşan yüzlərlə, minlərlə tələbənin magistra qəbul olma sevincinin böyük bir hissəsi olmuşdur.

İştirak etdiyi yerli və beynəlxalq elmi konfranslar


1.     “Azərbaycanşünaslığın aktual problemləri” –nə həsr olunmuş Beynəlxalq Elmi Konfransı (may, 2012)

2.     “Xarici dillərin tədrisinin aktual problemləri” üzrə Respublika Elmi Konfransı (may, 2012)

3.     “Dil və mədəniyyətlərarası münasibətlərin müasir problemləri” üzrə Respublika Elmi Konfransı (sentyabr, 2012)

4.     “Humanitar elmlərin aktual problemləri” üzrə Beynəlxalq Elmi Konfransı (oktyabr, 2012)

5.     “Filologiya elminin aktual problemləri” üzrə Respublika Elmi Konfransı (may, 2015)

6.     “Filologiyanın və dillərin tədrisi metodikasının problemləri: tarix, müasirlik, perspektivlər”  üzrə Respublika Elmi Konfransı  (noyabr, 2015)

7.     “Müasir  tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” üzrə Respublika Elmi Konfransı (dekabr, 2015)

8.     Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı (27-28 Aprel, 2018)

Çap olunmuş elmi əsərləri


1.     Vəliyeva.A.N  “The Stylistic Devices (Rhetorical Devices or Figures of Speech) in Jane Eyre”
Vəliyeva.A.N  “İngilis dilinin nəzəri qrammatikası”

1 comment:

  1. rast ki muellimliyi secib maliye ne eceb)) ACCA -dan hecne almiyib hele ))

    ReplyDelete

www.magistrol.com

MAGISTR OL