İnformatika Qısa Qeydlər

1. İnformatika sözü İNFORMasiya və avtoMATİKA sözlərinin birləşməsindən əmələ gəlib.

2. İnformasiyanın Ən kiçik, Elementar, Minimal ölçü vahidi Bit-dir.

3. İnformasiyanın Əsas ölçü vahidi Bayt-dır.

4. ASCII kodlaşdırma sistemində 1 simvol 1 bayt yer tutur.

5. UNİCODE kodlaşdırma sistemində 1 simvol 2 bayt yer tutur

6. Neyman Arxitekturasına görə EHM-lər Mərkəzi Periferik OLmaqla iki hissədən ibarətdir.

7. Daxiletmə (Giriş) Qurğuları: Klaviatura, Maus (Touchpad, trekbol, Joystic), Scaner, Kamera, Mikrofon, Digitayzer, Tv Tuner.

8. Xaricetmə (Çıxış) Qurğuları: Monitor, Printer, Plotter, Ucadandanışan(Speaker), Projektor.

9. Həm Daxiletmə Həm Xaricetmə Qurğuları: Sensor Ekran, Faks, Modem

10. Daxili Yaddaş Qurğuları: RAM, ROM, KEŞ, CMOS, REGİSTR

11. Xarici yaddaş qurğuları: HDD, FDD, DVD, CD, FlashCard, MemoryCard, Strimmer(Maqnit Lent) Perfocard.

12. I nəsil EHM-elektron lampalar


13. II nəsil EHM-tranzistorlar

14. III nəsil EHM-inteqral sxemlər

15. IV nəsil EHM-böyük və çox böyük inteqral sxemlər

16. ASCII-də 1 simvol-1 baytdı, 256 simvol var

17. UNİCODE-da 1 simvol-2 baytdı, 65536 simvol var

18. Xaricetmə qurğuları- monitor, plotter, qulaqcıq, səsgücləndirici, strimmer, printer, proyektor

19. Daxiletmə qurğuları-klaviatura, maus, trekbol, penmaus, coystik, skaner, qrafik planşet, kamera, mikrofon,

20. Ana platada olur-BİOS,CPU,RAM,CMOS və s.


Bu Məlumatlar da Sizə Faydalı OLa Bilər
21. RAM- operativ, əməli, müvəqqəti, silinən yaddaş

22. ROM-daimi yaddaş

23. BİOS-sabit yaddaş,giriş və çıxış baza sistemi,ƏS-nin ilkin yüklənməsi təmin olunur, komputerin daxili yaddaşında yerləşir,qurğuların işini,düzgün işləyib-işləməməsini yoxlayır

24. CPU-mikroprosessordur, takt tezliyi və mərtəbəliliyi onun əsas xarakteristikasıdır

25. CMOS-yaddaş qurğusudur, metal-oksid yarımkeçiricidir, komputerin konfiqurasiyası, zamanı və tarixi yadda saxlayır

26. Komputerin əsas  tərkib hissələri-
Ø  monitor, klaviatura, sistem bloku,

27. Printerlər olur-zəbli, zərbsiz
Ø  Zərbli – matrisli və literli
Ø  Zərbsiz - lazerli,şırnaqlı,termiki

28. Modem olur-daxili, xarici, quraşdırılmış

29. Ölçülərinə görə EHM-lər:
Ø  çox böyük (super EHM)
Ø  böyük
Ø  orta
Ø  kiçik
Ø  çox kiçik (mikro EHM) - Fərdi komputer(FK)

30. Sistem blokuna daxildir- ana plata, qida bloku, harddisk, diskovod və s

31. OLE-obyektlərin əlaqələndirilməsi və quraşdırıl-ması, obyektin digər proqramlarla birgə işləməsi və mübadiləsi vasitəsidir.

32. Hardware-komputerin aparat təminatı, texniki vasitələr (klaviatura,maus,printer,mikrofon və s.)

33. Software-proqram təminatı (ƏS, antivirus,         MS Office və s.) bütün proqramlar.

34. Brainware-alqoritmik dillər

35. Plug and play (qoş və işlə)- komputerə qoşulan qurğuların tanınması prosesini avtomatlaşdırır, ƏS-nə yeni qurğular qoşularkən sistemin konfiqurasiya fayllarını dəyişdirməsini, drayverlərin avtomatik tapılıb yüklənməsini, qurğuların avtomatik sazlanmasını təmin edir

36. Mexaniki hesablama alətləri-abak, loqarifmik xətkeş,fərq maşını

37. Mikroprosessorda yaddaş kimi registrdən istifadə olunur

38. Komputerə giriş şifrəsi BİOS-da qoyulur

39. UNİX, Windows,Windows NT-çoxməsələli ƏS-dir

40. Əməli yaddaş ən sürətli informasiya mübadiləsinə imkan verir

Bu Məlumatlar da Sizə Faydalı OLa Bilər

41. Komputerin məhsuldarlığı (iş sürəti) asılıdır-prosessorun takt tezliyindən

42. İnkjet-printerin xüsusiyyətidir,formatı-dpi,ppm

43. Sistem interfeysi (system şini)- komputerin mərkəzi və periferiya hissələrini əlaqələndirir

44. Əməli yaddaş ana paltada DDR slota qoşulur

45. UPS-prosessorun işçi gərginliyini təmin edir, gərginlik problemlərinin komputerə xətər yetirməsinin qarşısını almaq üçün istifadə edilən qurğu

46. Slot-plata yuvası

47. Strimmer-böyük informasiya ehtiyatını yadda saxlayır, informasiyanı maqnit lentə yazır

48. HDD-ana plata üzərində deyil, fiziki yaddaşdır

49.  1-ci səviyyəli Keş yaddaş prosessorun daxilində yerləşir

50. İnformatika elmi ədəbiyyata XX əsrin 60-cı illərində fransız mütəxəssisləri tərəfindən daxil olub

51. İnformasiyanın aktuallığı - informasiyanın cari vaxta uyğunluq dərəcəsi

52. İnformasiyanın emalı-məsələnin həlli

53. İnformasiyanın saxlanması - informasiyanın obyektdən sərt daşıyıcıya yazılması

54. Vizual informasiya-görünən informasiya

55. Audial informasiya-səsli informasiya


56. Taktil informasiya-toxunma ilə qəbul edilən

57. Ada Lavleys - Ç.Bebbicin hesablama maşınına proqram hazırlayıb, ilk qadın proqramçı

58. PS/2-klaviatura,maus

59. Fərdi komputerlər IV nəslə aiddir

60. IV nəsil komputer-BİS,ÇBİS


Bu Məlumatlar da Sizə Faydalı OLa Bilər

61. İlk ticari komputer- I nəsil

62. İlk fərdi komputer- IV nəsil

63. İlk klaviatura- III nəsil

64. Maqnit baraban- I nəsil

65. Komputerdə informasiya daşıyıcısı - lazer və maqnit diski, fleş və kartlar

66. II nəsil-alqoritmik dil

67. Kontroller-xarici qurğuların işini idarə edən elektron sxemlər

68. Monitorda ən kiçik obyekt-piksel

69. Skaynerdə ən kiçik obyekt -1 düyümdə olan nöqtələrin sayı

70. HDD,DVD,FDD,SSD,CD-yaddaş qurğusudur

71. Kuller-prosessor və digər çox qızan qurğuları soyudan qurğu

72. Fərdi komputerdə 1 simvolu kodlaşdırmaq üçün 8 mərtəbə yer ayrılır

73. 256 Gb=241 bit

74. 1B=23 bit

75. 1 KB=210  bayt

76. 1 MB=220 bayt

77. 1 GB=230 bayt

78. 1 TB=240 bayt

79. 1 PB=250 bayt

80. 1 EB=260 bayt


Bu Məlumatlar da Sizə Faydalı OLa Bilər
81. 1 ZB=270 bayt

82. I səviyyəli keş yaddaş- mikroprosessorun daxilində yerləşir

83. II səviyyəli keş yaddaş-ana plata üzərində olan prosessor və RAM arasında yerləşir

84. CPU,RAM və VIDEO KART əlaqələndirir-şimal çipset

85. Cache-prosessora gedən-gələn məlumatın qısa müddətdə saxlanılması üçün qurğu

86. Sensor monitorları-giriş və çıxış qurğulara aid edilir
  
87. Lokal şəbəkə-LAN (local area network)

88. Qlobal şəbəkə-WAN (wide area network)

89. Regional şəbəkə-MAN (metropolitan area network)

90. Fərdi şəbəkə- PAN (personal area network)

91. CAN (Campus area network)

92. Lokal şəbəkə qurmaq üçün lazımdır-kabel,şəbəkə kartı,HUB

93. LAN qurmaq üçün-işçi stansiyalar, server, interfeys plataları, kabellər

94. OSİ modelində qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür
1.Fiziki səviyyə (Aşağı səviyyə)
2.Kanal səviyyə
3.Şəbəkə səviyyəsi
4.Nəqliyyat səviyyəsi
5.Seans səviyyəsi
6.Təqdimetmə səviyyəsi
7.Tətbiqi səviyyə (Yuxarı səviyyə)

95. İnternet-qlobal şəbəkədir

96. Server-öz resurslarını şəbəkə istifadəçilərinə təqdim edən komputerlər

97. Klient-şəbəkədən bəhrələnən tərəf

98. Mərkəzi qovşaq (server) komputeri-ulduzvari topologiyada olur

99. Provayder-internet xidmətlərini təklif edən müəssisə

100. WWW-da iş zamanı klient-server qarşılıqlı təsiri HTTP protokolu üzrə baş verir


Bu Məlumatlar da Sizə Faydalı OLa Bilər
101. İnternet üçün proqramlaşdırma dilləri-HTML, PHP, WML, XML, ASPNET,CSS

102. HTML-hyper transfer markup language

103. WML-wap səhifələri yaratmaq üçün istifadə edilən dil

104. COM- Kommersiya təşkilatları

105. ORG- Qeyri-kommersiya təşkilatı 

106. EDU-təhsil idarələri

107. GOV-dövlət təşkilatları

108. MİL-hərbi müəssisələr

109. NET-şəbəkə

110. İNT – beynəlxalq təşkilatlar

 111. POP3 (post office protocol)-elektron məktubların alınmasını təmin edir, 

112. İP-komputer ünvanı


113.   URL- web səhifə ünvanı

114.   Provayder-internet xidməti təminatçısı

115.   HTTP, HTTPS-müasir komputerlərdə informasiyanın qəbulu və ötürülməsi protokolu

116.   Web hosting- web saytların fayllarının saxlandığı yer

117.   İP ünvan-4 baytla, MAC ünvan-6 baytla ifadə edilir

118.   İP ünvan-150.100.2.1 ,  212.140.24.3 və s.

119.   Ulduzvari topologiyanın əsas elementi-HUB

120.   Koaksial kabel olur-şin topologiyada

Bu Məlumatlar da Sizə Faydalı OLa Bilər
 121.   İP ünvan- 0-255-ə kimi olur

122.   Protokol-komputerlər arasında əlaqə

123.   HUB-1 neçə şəbəkə qurğusunun qoşulduğu qurğu

124.   Banner-reklam yerləşdirmək üçün nəzərdə tutulub

125.   Marker-şəbəkə üzrə sərbəst olaraq hərəkət edən siqnal

126.   Telekonfrans-USENET

127.   Şəbəkə kartı-genişlənmə slotuna birləşdirilir

128.   OSİ-açıq informasiya sistemlərinin qarşılıqlı əlaqəsi

129.   Komputer şəbəkəsinin imkanları:
  •     digər komputerlərə məlumat göndərmək
  •     ümumi şəbəkə qurğularını (printer,skayner) istifadə etmə imkanı   
  •      digər komputerlərin sərt disklərinə müraciət etmə imkanı
  •      komputer şəbəkəsinin ümumi diskində informasiyanı saxlama imkanı

130.   Halqavari topologiya-şəbəkədə məlumatlar müəyyən bir istiqamətdə 1 komputerdən qonşu komputerə ötürülmək şərti ilə lazımi ünvana çatdırılır, şəbəkə adapteri daim işçi vəziyyətdə olmalıdır,1 komputer sıradan çıxarsa şəbəkənin işinə təsir edir

131.   Şin topologiya-bütün komputerlər paralel olaraq şinə qoşulur, şəbəkəyə yeni komputerlərin daxil edilməsi asandır, ən sadə struktura malikdir, informasiya kadrlar şəklində şinlə hər 2 tərəfə ötürülür,1 komputer sıradan çıxanda şəbəkənin işinə təsir etmir
  
132.   Ulduz topologiya- 1 komputer sıradan çıxarsa burda da şəbəkənin işinə təsir etmir

133.   Token-Ring texnologiyasında- halqa topologiyasından istifadə olunur,

134.   ARCNET texnologiyasında-ulduzvari  topologiyadan istifadə edilir,

135.   FDDİ-2 qat halqa topologiyasına əsaslanır

136.   Lokal hesablama şəbəkəsinin birləşdirilməsi-təkrarlayıcı, körpü, marşrutizator, şlüz vasitəsilə olur

137.   Şlüz-müxtəlif şəbəkələri birləşdirir, daxili və xarici olur

138.   Daxili şlüz protokolu-IGP (internal gateway)

139.   Xarici şlüz protokolu-EGP (external gateway)

140.   Təkrarlayıcı (repeater)-siqnalı gücləndirir


Bu Məlumatlar da Sizə Faydalı OLa Bilər
141.  Körpü (bridge)-sərhədçi rolunu oynayır, şəbəkə üzrə hərəkəti məhdudlaşdırır, xəbərin ünvanlanmış şəbəkəyə ötürülməsinə imkan verir

142.   Marşrutizator (router)-eyni ƏS-dən istifadə edən müxtəlif tipli şəbəkələri birləşdirən qurğu

143.   Axtarış sistemləri:
Ø -altavista.com
Ø -google.com/az/ru
Ø -lycos.com
Ø -hotbot.com
Ø -yahoo.com
Ø -rambler.ru
Ø -yandex.ru

144.   Web server-hipermətnləri təqdim edir
Ø TCP/İP-yə daxildir:
Ø İP-paketləri 1 komputerdən digərinə daşıyır
Ø İCMP (internet control meassage protocol)-səhvlər haqqında
Ø ARP (address resolution protocol)-İP ünvanı aparat ünvana çevirir
Ø UDP (user datagram protocol)
Ø SMTP (simple mail transfer protocol)-elektron məktub göndərən qurğu
Ø POP və ya İMAP

145.   Tarixdə ilk web browser-NCSA Mosaic

146.   Browser-web sənədlərə baxış proqramı

147.   Poçt protokolu-SMTP,POP3

148.   Şəbəkə protokolu-SMTP,POP3,FTP,TCP/İP

149.   İSDN,TSP-şəbəkə protokolu deyil

150.   OSİ modelində ən aşağı səviyyə-fiziki səviyyə

151.   İSO-nun etalon modeli OSİ

152.   Transiver-İST (işçi stansiya)-nı yoğun koaksial kabelə qoşan qurğu

153.   Repiter-şəbəkə piqmentlərini birləşdirən qurğu

154.   Konnektor-şəbəkə adapterini nazik koaksial kabellə birləşdirir

155.   Terminator-açıq kabellərə şəbəkəni qoşur

156.   Fiziki səviyyə-informasiya (bitlər) ötürülür

157.   Kanal səviyyə-ötürülmə mühiti,səhvlər təyin edilir,səhvlərin düzəlişi yoxlanılır

158.   Şəbəkə səviyyəsi-xəbərlərin ötürülməsində düzgün istiqamətin seçilməsini təmin edir (İP,İPX)

159.   Nəqliyyat səviyyəsi-növbəti səviyyələrə verilənin etibarlı dərəcədə ötürülməsini təmin edir (TCP,SPX)

160.   Seans səviyyəsi-dialoqun idarə edilməsini təmin edir,cari anda aktiv tərəfi qeyd edir,sinxlonlaşdırma vasitələrini təqdim edir
Bu Məlumatlar da Sizə Faydalı OLa Bilər
161.   Təqdimetmə səviyyəsi-informasiyanın məzmununu dəyişdirmədən onun təsvir olunma formasını təyin edir (SSL-secure socer layer)

162.   Tətbiqi səviyyə-istifadəçinin fayllara,  printerlərə,hipermətnli web səhifələrə və s. müraciətini təmin edir

163.   İP protokolu-verilənlərin yalnız ötürülməsini təmin edir

164.   TCP (transmission control protocol) nəqliyyat protokolu-informasiyanı bir neçə hissəyə bölür,hər bir hissəni xüsusi nömrələyir,hər bir hissəyə işçi informasiya əlavə edir,onları ayrı-ayrılıqda İP paketə düzür.Bu paket şəbəkə vasitəsilə göndərilir

165.   FTP (faylları ötürmə protokolu)-internetə qoşulmuş istənilən komputerlə proqramlar və ya mətn mübadiləsi edir:  ftp://

166.   URL (uniform resource locators)-fayl və ya resursun web-də yerləşdiyi ünvanı və ya yeri göstərir

167.   ISP (internet service provider)- web səhifənin internetdə yerləşdirilməsini təmin edir,internetə qoşulma

168.   HTTP (hiper text transport protocol)- web səhifələri internetdən çağıran mexanizmdir, resursun ötürülməsi,serverlə əlaqə protokolu

169.   Sosial şəbəkə- facebook, instagram, google plus, myspace

170.   Şəbəkədə informasiyanın ən sürətli ötürülməsi-fiber optiklə mümkündür

171.   www – internet xidməti

172.   az-yuxarı səviyyəli domen

173.   İnternet xidmətləri:
Ø  elektron poçt (email)
Ø  USENET-telekonfrans komputerlə diskussiya sistemidir
Ø TELNET-uzaqda yerləşmiş terminalların emulyasiya sistemi,şəbəkəyə birləşmiş istənilən komputerə daxil olmaq üçündür
Ø  FTP-ikilik say sistemində faylların axtarışı və ötürülməsi
Ø  WWW-hipermətnə istinad etməklə sənədlərin axtarışı və ötürülməsi
Ø  Gopher-şəkilsiz və hipermətnsiz www-ya oxşar,menyu sistemi vasitəsilə mətn fayllalrının axtarışı və ötürülməsi,axtarış sistem menyusu ilə olur

174.   Bridge (şəbəkədə körpü)-eyni protokol istifadə edən şəbəkələri birləşdirən vasitə

175.   Simsiz şəbəkə- Wifi,Edge,Bluetooth,Irda

176.   Alqoritm yaranıb-Əl-Xarəzmi tərəfindən

177.   Nəticəvilik xassəsi-alqoritmin sonlu olması

178.   Müəyyənlik xassəsi-alqoritmin hər bir addımı dəqiq və birqiymətli olmalıdır

179.   Kütləvilik xassəsi-alqoritmin bir məsələ üçün deyil,bütün məsələlər sinfinə aid olması

180.   Diskretlik xassəsi-alqoritmin hər bir addımı ardıcıl icra edilməlidir
Bu Məlumatlar da Sizə Faydalı OLa Bilər
181.Dövri alqoritmə misal- 100! (faktorial), 100 ədəd arasında ən kiçik ədədin tapılması, max min ədədin tapılması və s.

182.Budaqlanan alqoritm- iki ədədin müqayisəsi

183.Alqoritm komputerdə icra olunur-proqramlaşdırma dili ilə

184.Basic dili - ilk dəfə proqramlaşdırmanı öyrənmək məqsədi ilə yaradılmışdır:

185.  Komputerdə məsələnin həll mərhələləri:
1.Məsələnin qoyuluşu
2.Məsələnin riyazi təsviri,həll üsulunun seçilməsi və əsaslandırılması
 3.Həll alqoritminin yaradılması
 4.Hər hansı proqramlaşdırma dilində ilkin proqramın tərtibi
 5.Proqramın sazlanması
 6.Proqramın icrası və nəticələrin alınması
 7.Nəticələrin təhlili

186. X və Y qiymətlərinin yerini dəyişmə alqoritmi- C=Y, Y=X, X=C

187.   Proqramlaşdırma dili-Algol, LİSP, Delphi, PROLOG, Python, Java, C, C++, C#, Pascal, Cobol və s

188.   Translyator-proqramlaşdırma sistemləri, proqramda mətni yerinə yetirənə qədər onu komputer koduna çevirən proqramdır

189.   İnterpretator-ilkin proqramı sətirbəsətir maşın dilinə çevirir

190.   Avtokod, assembler - aşağı səviyyəli proqramlaşdırma dili

191.   Excel-də xanalar-cells, sütunlar-columns, sətirlər –rows.

192.   Excel-də count-saymaq əməliyyatını icra edir,bu zaman mətnlər sayılmır (true,false, “9” sayılmır)

193.   Excel-də nisbi ünvanı mütləq ünvana çevirmək üçün $ simvolundan istifadə olunur

194.   Excel kitabı susmaya görə 3 işçi vərəqdən ibarətdir

195.   A2:C4-də count əməliyyatı - A2, A3, A4, B2, B3, B4, C2, C3, C4

196.   Excel-də düstur yazarkən,hesablama apararkən 1-ci işarə = gəlir, ədədlərin cəmi üçün SUM yazılır,miqyas 10%-400% olur

197.   Excel-də xanaya əvvəlki veriləni silmədən yeni verilən daxil etmək - F2-xanadakı məlumata düzəliş edir

198.   Excel-də nisbi ünvan mütləq ünvana çevrilir-F4

199.   Excel-də cədvəldə qeyd olunmuş sətr fraqmentini çərçivəyə almaq-home/cells

200.   Excel-də vərəqin adında ən çox 31 simvol olur

201.   Excel-də mətn tip verilənlər sola; ədəd tip verilənlər isə sağa yazılır

202.   Excel-də power-qüvvətə yüksəltmə, product-hasil, sum-cəm, average-orta hədd, min- minimumu tapmaq, max-maksimumu tapmaq,count-ədədləri saymaq, counta-həm ədəd,həm mətnləri saymaq,SQRT-kökalma, ABS-modul funksiyası

203.   Excel-də uzaqdakı oyuqlar ctrl-ilə; yanaşı oyuqlar isə shift ilə seçilir

204.   Excel-də left – qeyd olunmuş mətndə sol kənardan simvolları sayır; right – sağdakı simvolları sayır; len – mətndəki bütün simvolları sayır

205.   Excel-ə aid misallar:
Misal 1
A11=3      
A12=7     
B11=9    
B12=5    
B13=4
C11=B12-$A$11=5-3=2   
C11-i  C12-yə köçürün və C13 Xanasında C11 və C12-nin cəmini tapın 
C12=B13-$A$11=4-3=1
C13=C11+C12=2+1=3

206.   Misal 2
A2=3   
B4=6   
C1=5
A5=A2*3+B4/2-(C1-B4)^2 =
3*3+6:2-(5-6)^2=11

207.   Misal 3
A12=1   
A13=5   
A14=6    
B12=2   
B13=4    
B14=8
C12=AVERAGE(A12:A14)=(1+5+6)/3=4
C13=MİN(B12:B14)=2     yani 2 və 8-dən ən kiçiyi 2-di.  
C14=SUM(C12:C13)=4+2=6

208.   Excel-də işçi kitabında name box sahəsi-qeyd olunmuş xananın ünvanı

209.   Excel-də xana içərisinə 2 və daha artıq sətir yerləşdirmək üçün alt+enter

210.   Excel-də cədvəllərə filtr qoymaq üçün data (данный) menyusuna daxil olunur

211.   MS Excel-də xanadakı informasiya tipi:

212.   Assembler-aşağı səviyyəli maşın dili

213.   MS Powerpoint-də sənədə yeni slaydın daxil edilməsi-Home(главная)-dan new (создат) əmri seçilir

214.   MS Powerpoint-də təqdimatın nümayişi zamanı növbəti slaydın müəyyən zamandan sonra ekrana avtomatik gətirilməsi-Slide Show/Slide Transition əmri ilə seçilir, təqdimat cari slayddan başlayır-MS Powerpoint 2010

215. Powerpoint-də Slide Show menyusunun Hide Slide əmri slaydı gizlətməyə imkan verir

216.MS Powerpoint-də 1 səhifədə çap ediləcək slaydların sayı 8 seçilə bilməz

217.MS Powerpoint-də təqdimat cari slayddan başlayır-Shift+F5; təqdimat ilk slayddan başlayır-F5

218. MS Powerpoint-də şrift ölçüsü-8-96

219.MS Powerpoint-də yeni slayd- Ctrl+M və ya Ctrl+enter; yeni təqdimat proqramı açmaq- Ctrl+new və ya Ctrl+N

220.MS Powerpoint 2003-də genişlənmə-ppt,pps; 2007 və 2010-da pptx, ppsx (təqdimat rejimində olur)

221.Windows-da outlook express-elektron poçtdur

222.Verilənlər bazası-müəyyən qaydalar əsasında təşkil olunmuş verilənlər yığımıdır

223.Access-də genişlənmə-db, mdb,accdb və s.

224.MS Access 2010-un ad genişlənməsi-accdb

225.MS Access-də yazı anlayışı cədvəlin sətrini bildirir

226.VB-də verilənlər tipi:
Ø  text
Ø  memo
Ø  number
Ø  date/time
Ø  hyperlink
Ø  currency (pul vahidi)
Ø  auto number (sayğac)
Ø  OLE object
Ø  yes/no

227.   Cədvəl hazırlayarkən verilənlər təkrarlanmasın deyə ilkin açar qoyulur-design/primary key

228.   Konstruktor (design) rejimində obyektlər yaradılır və ya strukturu dəyişdirilir

229.   Access-də sahənin başlığı-atribut

230.   İyerarxik VB-də bir neçə verilən hər hansı bir veriləndən asılı olur

231.   Şəbəkə strukturlu VB-də bir neçə verilən bir-birindən asılı olur

232.   Sahə-VB-də struktur yaradır; yazı isə informasiyanı ifadə edir

233.MS Access-də blanklar (formalar) -tables and queries obyektləri əsasında hazırlanır, məlumatları çapa hazırlamaq üçün database/objects/reports seçilir

234.Verilənlər bazasında əsas açar (primary key)-cədvəldə yazıları birqiymətli təyin edən bir və ya bir neçə sütundur

235.VBİS (verilənlər bazasının idarəetmə sistemi)-SQL Server, Paradox, Oracle, dBase, Fox Base, MS Access, Adados, Fox Pro

236.Relyasiyon verilən bazası- cədvəl,ikiölçülü cədvəl

237.Relyasiya Verilənlər Bazası-ağacvari kataloq

238.Verilənlər bazası modeli-şəbəkə, iyerarxik, relyasiyon, obyektyönlü

239. Verilənlər bazasında qiyməti avtomatik artan sahə-sayğac;

240.Verilənlər bazasında- kortej-cədvəl sətri; nisbət-cədvəl;

241.Access-də sətir-kortej-yazı;
                 sahə-domen-sütun

242. Access-də obyekt deyil-açarlar

243.Access-in obyektləri-modul, cədvəl, makros, forma, sorğu, hesabat

244.Verilənlər bazası cədvəlində 200 nəfərin adı, soyadı, telefon nömrəsi yazılmışdırsa cədvəldə 3 sahə,200 yazı var

245.Verilənlər bazasında formalar-bazaya verilənlərin daxil edilməsi və onlara baxış üçün

246.Verilənlər bazasında sorğular-baza verilənlərinin axtarışı və onların emal edilməsi üçündür

247.Verilənlər bazasında hesabatlar-emal olunmuş baza verilənlərini çap etmək üçündür

248.Verilənlər bazası-hər bir sahənin ən 1-ci xüsusiyyəti onun uzunluğudur

249.Verilənlər bazası-hər bir sahənin unikal xüsusiyyəti onun adıdır, 1 Verilənlər Bazası 2 eyni sahəyə malik ola bilməz

250.Verilənlər bazasında-şəkil,musiqini OLE obyekt sahəsi vasitəsilə saxlanılır

251.Verilənlər bazasında-böyük mətn yerləşdirmək lazım olarsa MEMO sahəsindən istifadə olunur

252.Verilənlər bazasında unikal sahə-orda məzmun təkrarlanmır,təkrarlansa açar sahə gəlir

253.İcra olunma ardıcıllığına görə translyator bölünür-interpretator, kompilyator

254. Cədvəlsiz verilənlər bazası olmur

255.         Rastr təsvirinin əsas elementi onun nöqtəsidir, əgər bu ekran təsviridirsə piksel adlanır, genişlənməsi-jpg, gif, bmp, jpeg, psd, pcx, tiff

256.   Rastr qrafik redaktorları-Adobe Photoshop, Paint, Photofinish, Adobe Photopaint,  Photostyler, Picture Publisher

257.   Vektor qrafika-Adobe İllustrator, Corel Photopaint, Freehand, Corel Draw

258.   Fraktal qrafika-Archi Cad ,Autocad

259.   Vektor, rastr, fraktal-komputer qrafikasıdır

260.   Qrafik redaktorda təsvir ölçülür-dpi (düyüm)

261.   Vektor qrafikasının əsas elementi-xətt; genişlənməsi-ai, cdr, pdf, eps, wmf və s.

262.   Fraktal qrafikada təsvirlər tənliklər üzrə qurulur

263.   Bədii təsvirləri hazırlamaq üçün ən optimal proqram-Corel Draw (vektor qrafiki redaktoru, genişlənməsi .cdr)

264.   3D MAXAutoCad-hər ikisində 3D imkanları var

265.   Palitra-rəng yığımı, rənglər çoxluğu

266.   RGB-qırmızı,yaşıl,göy

267.   Magenta-al qırmızı

268.   Rəng modelləri-RGB, CMYK,

269.   Rəngli təsvirin hər nöqtəsi- 1 bayt; ağ-qara təsvirdə isə hər nöqtə- 1 bitdir və ağ-qara təsvirdə 1 bayt-256 rəng çalarına malikdir

270.   Komputer qrafikasında təsvirdəki rənglərin sayı asılıdır-hər pikselin kodlaşdırılması üçün ayrılan bitlərin sayından

271.   Rastr-da 2 bit=4 rəng, 4 bit=16 rəng, 8 bit=256 rəng, 24 bit=16777216 rəng     

272.   Paint alətlər panelinə daxildir-düz xətt, karandaş, ellipsis, düzbucaqlı

273.   Paint alətlər panelinə daxil deyil-hiperbola

274.   Vektor qrafikası-Corel Draw, Adobe İllustrator, Macro media, Freehand və s.

275.   Neyman arxitekturasına görə komputer ibarətdir-mərkəzi və periferiya

276.   EHM-in Neyman arxitekturasına aid deyil-nəzarət qurğusu

277.   Neyman arxitekturasına görə komputerin mərkəzi hissəsinə aid deyil-xarici yaddaş qurğuları, giriş-çıxış qurğuları, sistem interfeysi

278.   Windows ƏS-də CPU adlı qovluq yaratmaq olar,amma CON,PRN,LPT1 adlı qovluq yaratmaq olmaz

279.   My Computer-fayl sistemini idarə edir

280.   Windows ƏS-nin iş masasının (desktop) tapşırıq paneli (task bar) açıq pəncərələr arasında dolaşmaq üçündür

281.   Windows Explorer-fayllar və qovluqlar üzərində müxtəlif əməliyyatlar icra etmək üçündür

282.   Alt+Tab - Windows 7 əməliyyat sistemində açıq pəncələrin üfüqi istiqamətdə siyahısını ekrana gətirir

283.   Win+Tab - Windows 7-də açıq pəncərələri 3D şəklində göstərir

284.   Windows 7-də fayl adını dəyişmə yolları:
Ø  faylı seçib F2 düyməsini seçmək
Ø  faylın adı üzərində mausun sol düyməsini fasilə ilə 2 dəfə klik etmək
Ø  konteks menyudan rename əmrilə

285.   Windows ƏS-də Desktop-un əsas elementləri:
Ø  User File
Ø  My Computer
Ø  Recycle Bin
Ø  Control Panel
Ø  Gadgets
Ø  Network
Ø  Taskbar

286.   Pəncərələr üzərində icra olunan əsas əməliyyatlar:
Ø  açmaq
Ø  bağlamaq
Ø  yerini dəyişmək
Ø  pəncərəni əvvəlki ölçülərində bərpa etmək

287.   Pəncərənin 4 növü var:
Ø  Qovluq
Ø  Proqram
Ø  Dialoq
Ø  Sorğu

288.   Windows ƏS-nin MS DOS ƏS-dən fərqi-qrafik iş rejimini dəstəkləyir

289.   Windows ƏS-də Move Maker proqramı-sadə kliplər yaradır

290.   Windows ƏS-də diskin işini optimallaşdıran köməkçi xidmət proqramı-defragmenter

291.   Windows ƏS-də start menyusunu açmaq-win və ya ctrl+esc

292.   Windows ƏS-də Add hardware proqramı yerləşir-Control Panel

293.   Windows 7-də konteks menyu açılır- Shift+F10

294.   Windows 7-də F11-full screen

295.   Setup.exe - komputerdə qurğuları quran proqram faylı

296.   Windows Explorer-də obyektlərin sayını göstərir - vəziyyət sətri

297.   İdarəetmə panelinin (Control panel) funksiyaları-komputerə qoşulmuş proqramların sazlanması, saat və tarixin sazlanması

298.   İnterfeysin tipinə görə ƏS-əmrli,obyektyönlü

299.   İnformasiya emalı rejiminə görə ƏS-paket emallı,vaxt bölgülü,real vaxt miqyaslı       
 
300.   Windows-un pəncərə elementləri:
Ø  Başlıq sətri (pəncərə və ya proqramın adı yerləşir)
Ø  Pəncərəni gizlədən düymə (minimize)
Ø  Pəncərəni bərpa edən düymə (restore)
Ø  Pəncərəni bağlayan düymə (close)

301.   Kataloqlar üzərində icra olunan əməliyyatlar:
Ø yenisini yaratmaq
Ø baxmaq
Ø silmək
Ø köçürtmək
Ø adını dəyişdirmək
Ø birləşdirmək

302.   Köçürmə və silmə əməliyyatlarını müxtəlif kataloqlardakı fayllar qrupuna tətbiq etmək olmaz

303.   MS DOS-da qurğuların adları:

304.   Fayl-unikal ada malik ixtiyari sayda bayt ardıcıllığı, yaddaşın müəyyən hissəsində bir ümumi ad altında saxlanılan verilənlər yığımıdır

305.   Fayl adında  *  ?   :   “    <   >    /    \    |   olmaz

306.   Paper.*-bütün paper adlı fayllar axtarılır,

307.   Fayl atributları:
Ø A (arxiv)                       H (gizli)     
Ø R (yalnəz oxunan)        S (sistem)

308.   Mətn redaktorunun faylları (doc, docx, dot, rtf, txt və s.)

309.   Verilənlər bazasının faylları (db, mdb,accdb)

310.   Elektron cədvəllərin faylları (xls, xml, xlt, xlc, xla, xlw)

311.   Qrafik fayllar (jpg, gif, bmp, png və s.)

312.   Arxiv faylları (arj, cab, rar, lha, tar, zip)

313.   Windows Explorer faylları (htm,html)

314.   NERO-kompakt disklərə informasiya yazan proqram

315.   CD-RW-həm yazılıb,həm silinən diskdir

316.   Winrar,winzip-xidməti proqram (utilit)

317.   Diskin defregmentasiyası- diskdə yazılan proqram və faylları nizamlayır

318.   FAT (file allocation table)-diskdə klasterlərin vəziyyətini təsvir edən cədvəl

319.   Kasperski- antivirus

320.   Case texnologiyası-ümumi təyinatlı tətbiqi proqramdır

321.   Yükləyici viruslar- disklərin yükləyici sektorlarını zədələyir

322.   Fayl virusları- faylların kod sistemini dəyişirlər

323.   Rezident virusları- komputer sönənə qədər əməli yaddaşda qalır

324.   Antivirus proqramları- filtr keşikçi, dedektor, həkim, müfəttiş, immunizator

325.   Tərcümə proqramları-Dilmanc, Prompt, Socrat, Babylon, Translate,İntelsoft

326.   Lüğət proqramları - Polyqlot, ABBYY, Lingvo, Oxford, Style

327.   Yerləşmə mühitinə görə viruslar-fayl, yüklənmə, fayl yükləmə, şəbəkə        
  
328.   SFX-özüaçılan arxiv

329.   Servis proqramları- tətbiqi proqram deyil

330.   Mətn redaktorları-MS Word, Word perfect, Ami Pro, Leksikon, Chwriter, Multiedit, NotePad, WordPad

331.   Cədvəl prosessorları-MS Excel, Lotus1/2/3, Super Calc, Quartro Pro

332.   Mətn redaktorunda ən kiçik obyekt-simvol

333.   Mətn redaktorunda köçürmə əməliyyatını yerinə yetirməzdən əvvəl mətn fraqmenti seçilməlidir

 334.   Xidməti proqramların fuksiyaları:
Ø  istifadəçi interfeysinin təkmilləşdirilməsi
Ø  verilənlərin bərpası
Ø  arxivləşdirmə və arxivi açmaq
Ø  komputer virusları ilə mübarizə

335.   Tətbiqi proqramlar - müxtəlif funksional məsələlərin həlli üçündür.

336.   Yarlıq(shortcut) - işarəsi olduğu obyektə istinad

337.   Word-də şriftin ölçüsü-point (punkt)

338.   Say sistemi 2 cürdür:
Ø  mövqeli (rum rəqəmləri,ərəb rəqəmləri)
Ø  mövqesiz (2,8,10,16-lıq say sistemi)

339.   16-lıq say sistemində rəqəmlər:
Ø  0010=2
Ø  0011=3
Ø  0100=4
Ø  0101=5
Ø  0110=6
Ø  0111=7
Ø  1000=8
Ø  1001=9
Ø  1010=10=A
Ø  1011=11=B
Ø  1100=12=C
Ø  1101=13=D
Ø  1110=14=E
Ø  1111=15=F

340.   İnsert-simvolları əvəzetmə rejiminə keçmək, daxil edilən simvolun mövcud simvolu əvəz etməsinə şərait yaradır

341.   Word-də ən böyük şrift-72, ümumilikdə şrift ölçüsü 8-72 olur

342.   MS Word-də Shift+F7 – Thesurus;
F7 – Spelling and grammar

343.   MS Word-də və MS Excel-də lenti gizlədir-Ctrl+F1

344.   Word-də mübadilə buferinə (clipboard) maksimum 24 obyekt yerləşdirmək olur

345.   Word-də view/zoom əmrinin icrası ilə mətnin görünüşünün 200%-dək artırılması mətnin çapı zamanı şriftin ölçüsünə təsir etmir.

346.   Word-də riyazi ifadələr və düsturlar daxil etmək üçün-İnsert/Symbols/Equation
  
347.   Word-də miqyas 10%-500% olur

348.   Word-də səhifənin miqyası 300%-ə bərabər götürülüb,bu səhifənin çapına təsir göstərmir

349.   Word-də hərfləri bir-bir böyük vəya kiçik edir-Shift+F3

350.   Word-də mətndəki bir sözü seçmək üçün kursoru onun üzərinə gətirib mausun sol düyməsini 2 dəfə sıxmaq lazımdır

351.   MS Word sənədi çapa verdikdə 1 vərəqdə maksimum 16 səhifə çap etmək mümkündür

352.   Word-də xətkeşləri aktiv/deaktiv etmək, panelləri aktiv/deaktiv etmək olur-View

353.   Word-də qırmızı dalğalı xətt-orfoqrafik səhv,yaşıl dalğalı xətt-qrammatik səhvləri göstərir

354.   PHP-web proqramlaşdırma dili

355.   Domen adları saxlanılır-DNS serverdə

356.   Domen- web saytların adıdır

357.   Adobe şirkətinə məxsusdur-Flash CS4, Photoshop, Acrobat, Bridge

358.   Adobe şirkətinə aid deyil-finereader

359.   İlk internet axtarış motoru-Aliweb   
        
360.   Diskdən shift+del əmri ilə silinən faylları bərpa edən proqram-Recover

361.   Tətbiqi proqram paketi-hər hansı məsələ və ya məsələlər sinfi,həmçinin istifadəçilər üçün nəzərdə tutulan proqram və vasitələrinin toplusu və ya kompleksidir

362.   Yaranma mərhələlərinə və element bazasına görə EHM-lər nəsillərə bölünür

363.   Prosessor ibarətdir:
Ø  Hesab-məntiq qurğusu
Ø  Yaddaş qurğusu
Ø  İdarəetmə qurğusu
Ø  Takt tezliyi generatoru

364.   HDD -C,D: (sərt disk)

365.   FDD -A,B: (floppy disk)

366.   CD-ROM -E: (diskovod)

367.   Flashcard –F,G: ( flashkart)

368.   Diskdə cığırlar,sektor və klaster olur

369.   Enerjidən asılı olan daxili yaddaş-əməli yaddaş, keş yaddaş, registr yaddaşı

370.   Enerjidən asılı olmayan daxili yaddaş-CMOS, ROM
  
371.   Örtüklər-ƏS üzərində yaradılan,istifadəçiyə kömək məqsədi daşıyan proqramdır

372.   MS Word-də mətndə təkrarlanan fraqmentləri eyni cür redaktə etmək üçün Edit menyusunun Replace əmrindən istifadə edilir

373.   MS Word-də standart açılış zamanı çap rejimində olur

374.   Tab-abzasın 1-ci sətrinin əvvəlində boşluq qoyulması üçündür

375.   MS Word-də cədvəlin yanaşı xanalarını birləşdirir-Merge cells

376.   MS Word-də:
Ø  Bir simvol sola: ←;
Ø   Sətrin sonuna: End;
Ø  Bir simvol sağa: →;
Ø  Sətrin əvvəlinə: Home;
Ø  Bir sətir yuxarı: ↑;
Ø   Sənədin sonuna: Ctrl+End;
Ø  Sənədin əvvəlinə: Ctrl+Home;
Ø  Bir söz sola: Ctrl+←;
Ø  Bir sətir aşağı: ↓;
Ø  Bir ekran yuxarı: PgUp;
Ø  Bir ekran aşağı: PgDn;
Ø  Bir söz sağa: Ctrl+→;
Ø  Bir abzas yuxarı: Ctrl+↑;
Ø  Bir səhifə yuxarı: Ctrl+PgUp;
Ø  Bir abzas aşağı: Ctrl+↓;
Ø  Bir səhifə aşağı: Ctrl+PgDn.
Ø  Sətrin sonuna: Shift+End;
Ø  Bir simvol sola: Shift +
Ø  Sətrin əvvəlinə: Shift+Home;
Ø   Bir simvol sağa: Shift +
Ø   Bir sətir yuxarı: Shift +
Ø  Sənədin sonuna: Shift+Ctrl+End;
Ø  Bir sətir aşağı: Shift +
Ø  Sənədin əvvəlinə Shift+Ctrl+Home
Ø  Bir söz sola: Shift+Ctrl+
Ø  Bir ekran yuxarı: Shift+PgUp;
Ø  Bir söz sağa: Shift+Ctrl+
Ø  Bir ekran aşağı: Shift+PgDn;
Ø  Bir abzas yuxarı: Shift+Ctrl+
Ø  Bir səhifə yuxarı: Shift+Ctrl+PgUp;
Ø  Bir abzas aşağı: Shift+Ctrl+
Ø  Bir səhifə aşağı: Shift+Ctrl+PgDn.

377.   Mətn fraqmentlərinin silinməsi üçün aşağıdakı düymələrdən istifadə edilir:
Kursordan soldakı simvolun silinməsi: Backspace(←) ;
Kursordan sağdakı simvolun silinməsi: Delete;
Kursordan sözün əvvəlinədək: Ctrl+Backspac
Kursordan sözün sonunadək: Ctrl+Del

378.   Worddə klaviatura birləşmələri:
Ø  CTRL+A – select all – Bütün yazıları qeyd etmək
Ø  CTRL+B – bold – Qeyd olunmuş yazını qalınlaşdırır
Ø  CTRL+C – copy – Surətin çıxarılması
Ø  CTRL+D – font – Font altmenyusunu açır
Ø  CTRL+E – center – Yazını səhifənin mərkəzinə çəkir
Ø  CTRL+F – find – Sənəddə lazım olan söz və ya simvolun axtarılması
Ø  CTRL+G – go to – Sənəddə keçid
Ø  CTRL+H – replace – Sənəddə lazım olan söz və ya simvolun axtarılması və əvəz olunması
Ø  CTRL+I – italic – Qeyd olunmuş yazını maili edir
Ø  CTRL+J – justify – Qeyd olunmuş yazını enə görə düzür
Ø  CTRL+K – hyperlink – İstinad daxil edir
Ø  CTRL+L – left – Yazını səhifənin sol təfəfinə çəkir
Ø  CTRL+M – increase indent – Qum saatın sağa çəkir
Ø  CTRL+N – new – Yeni sənədin yaradılması
Ø  CTRL+O – open – Yaranmış sənədlərin açılması
Ø  CTRL+P – print – Sənədi çap etmək
Ø  CTRL+Q – decrease indent – Qum saatını sola çəkir
Ø  CTRL+R – right – Yazını səhifənin sağ təfəfinə çekir
Ø  CTRL+S – save – Yaranmış sənədi yaddaşa vermək
Ø  CTRL+U – underline – Qeyd olunmuş yazının altından xətt çekir
Ø  CTRL+V – paste – Yerləşdirmək
Ø  CTRL+W – close – Cari səhifəni bağlamaq
Ø  CTRL+X – cut – Kəsmək
Ø  CTRL+Y – redo – Ləğvin təkrarı
Ø  CTRL+Z – undo – Son görülən işin ləğvi


379.   Yalnız oxunma üçün (read only) açılmış sənədlə etmək olar (MS Word):
Ø  bilavasitə həmin sənədi print əmri ilə birbaşa çapa göndərmə
Ø  elektron poçtla göndərmək
Ø  save as əmri ilə başqa adla istənilən yerdə saxlamaq
Ø  düzəlişlər edib çapa göndərmək

380.   MS Word-də 120 səhifəli mətnin cari səhifəsində Go to (перейти) dialoq pəncərəsinin keçid sahəsində +22 yazısı 49-cu səhifəyə keçidi təmin edir.Cari səhifəni tapmaq üçün 49-22=27-dir

381.   Misal 1. 128 simvollu əlifba ilə yığılmış elektron sənədin hər səhifəsində 32 sətir,hər sətrində 64 simvol yerləşərsə 70 kbayt həcmli sənədin neçə səhifəsi olar?
128=2x   x=7 bit
32=25
64=26
70 kbayt=70*213 bit
(70*213)/7*25*26=280/7=40

382.   Misal 2. 6 simvollu informasiya 32 simvollu əlifbada kodlaşdırılıb.Bu kod 1024 simvollu əlifbada 3 simvolu ifadə edir

383.   Word 2010-da office button vəya file menyusu:
Ø  Save (ctrl+S)
Ø  Save as (F12)
Ø  Open (ctrl+O)
Ø  Close,sənədi bağlayır (ctrl+F4)
Ø  İnfo-sənədə parol qoyma burda yerləşir
Ø  Recent-ən çox istifadə olunmuş sənədlər, 25
Ø  New
Ø  Print-1 vərəqdə 1,2,4,:,8,16 səhifə çap etmək olar
Ø  Save-send
Ø  Help
Ø  Options
Ø  Exit-həm sənəd,həm proqramdan çıxış (alt+F4)

384.   Word 2010-da home (главная) menyusu:
Ø  Clipboard (cut,copy,paste,format painter)
Ø  Font
Ø  Paragraph
Ø  Styles
Ø  Editing (replace,find,select)

385.   Word 2010-da İnsert (вставка) menyusu:
Ø  Pages (cover page,blank page,page break)
Ø  Tables (table)
Ø  İllustrations (picture, clip art, shapes, smartart, chart, screenshot)
Ø  Links (hyperlink,bookmark,cross-reference)
Ø  Header & footer(header,footer,page number)
Ø  Text (text  box, quick parts, WordArt ,drop cap, signature line, date & time, object)
Ø  Symbols (equation-riyazi ifadələr, symbol-simvol)

386.   Word 2010-da page layout menyusu:
Ø  Themes (colors,fonts,effects)
Ø  Page setup (margins, orientation, size, column, breaks, line numbers,hyphenation)
Ø  Page background (watermark, page color,page borders)
Ø  Paragraph
Ø  Arrange

387.   Word 2010-da References menyusu:
Ø  Table of contents
Ø  Footnotes
Ø  Citations and bibliography
Ø  Captions
Ø  İndex
Ø  Table of authorities

388.   Word 2010-da Mailings menyusu
Ø Create
Ø Start mail merge
Ø Write and insert fields
Ø Preview results
Ø Finish

389.   Word 2010-da Review menyusu:
Ø  Proofing (spelling and grammar, research, thesaurus, word count)
Ø  Language (translate,language)
Ø  Comments
Ø  Tracking
Ø  Changes
Ø  Compare
Ø  Protect (sənədi qoruma)

390.   Word 2010-da View menyusu:
Ø  Document views
Ø  Show(ruler,gridlines,navigations pane)
Ø  Zoom (100%,one page,two pages,page width)
Ø  Windows
Ø  Macros (macros)

391.   Powerpoint 2010 Home menyusu:
Ø  Clipboard (cut,copy,paste,format painter)
Ø  Slides (new slide,layout,reset,delete)
Ø  Font
Ø  Paragraph
Ø  Drawing (shapes,arrange,quick styles,shape fill, shape online, shape effects)
Ø  Editing (find-select,replace)

392.   Powerpoint 2010 Design menyusu:
Ø  Page (page setup,slide orientation)
Ø  Themes (themese,colors,font,effects)
Ø  Background

393.   Powerpoint 2010 İnsert menyusu:
Ø  Tables
Ø  İmages-picture,clip art, screenshot, photoalbu
Ø  İllustrations (shapes,smart art,chart)
Ø  Links (hyperlink,action)
Ø  Text (text box, header & footer, wordart,    date & time, slide number, object, symbol)
Ø  Media clips (video, audio)

394.   Powerpoint 2010 Transition menyusu:
Ø  Preview
Ø  Transition to this slide
Ø  Timing (sound,duration,apply to all) Advance slide (on mouse click,after)

395.   Powerpoint 2010 Animation menyusu:
Ø  Preview
Ø  Animation
Ø  Advanced animation
Ø  Timing (start,duration,delay)
Ø  Recorder animation (more earlier,more later)

396.   Powerpoint 2010 Slide Show menyusu:
Ø  Start slide show (from beginning, from current slide, brodcoast slide show,custom slide show)
Ø  Set up (set up slide show,hide slide,rehearse t
Ø  Monitors

397.   Powerpoint 2010 View menyusu:
Ø  Presentation view (normal, slide sort, notes page, reading view)
Ø  Master views (slide master, handout master, notes master)
Ø  Show (ruler,gridlines,guides)
Ø  Zoom
Ø  Color/grayscale
Ø  Windows
Ø  Macros

398.   Excel-də:
Ø  A3:C10-da 24 xana var  A,B,C-3  (10-3)+1=8  3x8=24
Ø  B2:D45-də 132 xana var B,C,D-3  (45-2)+1=44   3x44=132
Ø  A23:F34-də 6 sütun var hərflər sayılır ancaq A,B,C,D,E,F
Ø  A3:F4-də 6 sütun var  A,B,C,D,E,F
Ø  A2:F45-də 44 sətir var (45-2)+1=44
Ø  D2:F30-da 29 sətir var  (30-2)+1=29
Ø  B2:D23-də 22 sətir var  (23-2)+1=22
Ø  A20:D23-də 4 sətir var  (23-20)+1=4

399.   Mübadilə buferinin alternativi-drag and drop

400.   Access 2010 görünüş rejimləri:
Ø  design view
Ø  pivotchart view
Ø  pivottable view
Ø  datasheet view

401.   Windows 7-də yarlıq yaratma qısa yolları:
Ø  Kontekst menyudan New (Создать) – Shortcut (Ярлык)
Ø  Ctrl+Shift düymələrini basılı saxlayaraq mausun sol düyməsi ilə obyekti çəkməklə
Ø  Kontekst menyudan Send To  (Отправить) – Desktop (Create Shortcut) (Рабочий стол (Создать ярлык)
Ø  Kontekst menyudan Paste Shortcut (Вставить ярлык)
Ø  Mausun sağ düyməsi ilə faylı sürüşdürdükdə açılan pəncərədən paste shortcut here emrini klikləməklə
Ø  Alt düyməsi basılı saxlayaraq mausun sol düyməsi ilə obyekti çəkməklə

402.   Kontekst menyunun qeyd olunmuş Извлечъ файлы (extract files) əmri arxivləşmiş faylları arxivdən çıxarır Tapşırıqlar siyahısının (Диспетчер задач / Task manager) aktivləşdirilməsi üçün -Ctrl+Alt+Delete və Ctrl+Shift+Esc

403.   Windows 7 versiyaları:
Ø  Starter   
Ø  Home Basic  
Ø  Home Premium  
Ø  Professional     
Ø  Enterprise    
Ø  Ultimate

PDF VERSİYASINI BURADAN YÜKLƏYİN

12 comments:

  1. Allah sizden razi olsun.sayenizde oyrenmek ve yadda saxlamaq xeyli asanlawir.

    ReplyDelete
  2. Chox sagolun👍👍👍

    ReplyDelete
  3. I love you! MAGİSTR OL💜

    ReplyDelete
  4. คาสิโนออนไลน์ที่น่าเชื่อถือและมีความเป็นมืออาชีพที่สุดในตอนนี้
    โปรโมชั่นGclub ของทางทีมงานตอนนี้แจกฟรีโบนัส 50%
    เพียงแค่คุณสมัคร สล็อตออนไลน์ กับทางทีมงานของเราเพียงเท่านั้น
    ร่วมมาเป็นส่วนหนึ่งกับเว็บไซต์คาสิโนออนไลน์ของเราได้เลยค่ะ
    สมัครสล็อตออนไลน์ >>> Goldenslot
    สนใจร่วมสนุกกับ คาสิโนออนไลน์ คลิ๊กได้เลย
    มีทั้งคาสิโนออนไลน์ หวยออนไลน์ ฟุตบอลออนไลน์ สล็อตออนไลน์ และอื่นๆอีกมากมาย

    ReplyDelete

www.magistrol.com

Digər Videolarımızı İzləmək Üçün ya videonun yuxarı sol küncündə olan düyməyə klikləyin ya da youtube-da Magistr OL kanalına daxil olun.
MAGISTR OL