CPU (MİKROPROSESSOR) NƏDİR?

MİKROPROSESSOR, yəni CPU NƏDİR? 

Mikroprosessor (CPU)  - Central Prosessing Unit.  İnformasiyanı ikilik kod şəkilində emal edən qurğudur. Kompüterin beyni desək daha adına layiq olar. El arasında prosessor dediyimiz qurğudur ki, kompüterdərki bütün kodlaşdırma işlərini yerinə yetirir. Mikroprosessor 2 hissədən ibarətdir. Hesab-Məntiq qurğusu, İdarə qurğusu. 


 Verilən əmrlər İdarə qurğusu tərəfindən alınır və şərh olunur daha sonra Hesab-Məntiq qurğusuna göndərilir və informasiyalar bu qurğu vasitəsilə emal olunur. Bəs desək ki, informasiya harada emal olunur? Burada REGİSTR yaddaş deyərki mənim daxilimdə emal olunur özüdə 2-lik kod şəkilində yəni 0 və 1 formasında. Çünki CPU yalnız 2 məntiqi kəmiyyəti 0 və 1-i başa düşür (1-true, 0- false). CPU-nun əsas parametrləri vardır. Bunlardan biridə takt tezliyidir. CPU-nun sürəti takt tezliyi ilə ölçülür. Takt tezliyi- mikroprosessorun 1 saniyədəki yerinə yetirdiyi əməliyyatların sayıdır. Ölçü vahidi MHz və GHz-dir.


Takt tezliyi (generatorun verdiyi iki ardıcıl impuls arasındakı zaman intervalı) 
Prosessorun mərtəbəsi ( 1 takt ərzində emal edilən informasiya bitlərinin sayı) 
Əmrlər Toplusu (Prosessorun yerinə yetirə bildiyi əmrlər toplusu CİSC-RİSC) 
İşçi gərginlik (Takt tezlik generatorunun prosessora verdiyi gərginlikdir)

İMTAHANDA BU MƏLUMAT SİZƏ HARADA LAZIM OLACAQ?

İnformatikadan imtahan verən abituriyentlər və bakalavr tələbələri "Hardware" bölməsini yaxşı bir şəkildə öyrənirlər. Bu zaman yaddaş qurğuları, kompüterin daxili hissələri haqqında ətraflı məlumata sahib olurlar. Mikrosproessor haqqında məlumat da həmin qaydalar içərisindədir. "Hardware" bölməsindən imtahana 2-3 sual düşür, müqayisəli və ya açıq tipli suallar içərisində qarşınıza çıxa bilər. 
Həmçinin özünüzü yaxşı bir PC yığdırmaq istəsəniz, bu məlumat köməyinizə çatar. Odur ki, informatikada hər şeyə fikir verin. :) 

No comments:

Post a Comment

www.magistrol.com

MAGISTR OL