Magistraturaya hazırlaşmağa qərar verdiniz, amma yəqin ki, hazırda qarşınızda məntiq suallarından da qəliz bir sual var:)
Hansı kursu seçim?
Açığı, hansı qapını döysəniz, “ən yaxşısı bizik” deyəcəklər. Biz də təbii ki, “Magistr OL” deyirik. Amma sırf biz dedik mütləq doğrusu budur deyə bir şey yoxdur :) Gəlin, sadəcə faktlara baxaq, qərarı özünüz verin.
Niyə məhz Magistr OL?
- Mövzunu sadəcə bilən deyil, öyrədə bilən müəllimlər: Bir müəllimin mövzunu dərindən bilməsi hələ hər şey demək deyil. Əsas odur ki, onu sizə rahat dillə çatdıra bilsin. Bizdə mürəkkəb mövzular elə izah olunur ki, beyninizdə sual işarəsi qalmır. Bir şeyi anlamaq çətin oldusa, “keçdik, getdi” prinsipini unudun — yenidən izah da var, əlavə dəstək də.
- Sınaq yazmaqla iş bitmir: Sınağa girib sadəcə balları öyrənmək işin yarısıdır. Əsas məsələ — harada və niyə səhv etdiyinizi görməkdir. Bizdə sınaqlardan sonra hər bir sualın təhlili olunur ki, eyni səhvi real imtahanda təkrar etməyəsiniz.
- Qrafik sizə uyğunlaşır: Universitet, iş və ya digər planlar... Həyatın ritmini bilirik :) Səhər, günorta, axşam və ya həftəsonu qruplarından hansı sizə rahatdırsa, oradan da davam edirsiniz.
- Balanslı hazırlıq sistemi: Məntiq, informatika və xarici dil — bu üçlüyü paralel aparmaq vacibdir. Birini bilib digərini axsatmaq olmaz. Bizdə hər üç fənn vahid bir sistemlə tədris olunur ki, imtahana tam hazır olasınız.
- Finiş xəttində sürət artır: İmtahana az qalmış “kaş ki, əvvəldən belə təkrarlsaydıq” deməməyiniz üçün son aylarda intensiv təkrarlar və sınaq marafonu başlayır.
Yaxşı kurs necə olur?
Ən yaxşı kurs parlaq reklamı və ya bahalı mebeli olan yer deyil.
Ən yaxşı kurs — mövzunu sizə həqiqətən öyrədən, zəif tərəflərinizi göstərib üzərində işləyən və imtahan gününə qədər yanınızda olan yerdir.
Düşünürük ki, bütün bu şərtləri bir araya toplaya bilmişik. Amma yenə də deyirik: Tək sözümüzə inanmayın!
Gəlin, dərslərimizin tempinə baxın, müəllimlərimizlə tanış olun və son qərarı özünüz verin.
Magistr olmaq istəyirsinizsə, doğru yerdən başlayın.
📞 Ətraflı məlumat və qeydiyyat: 070 611 33 00
Magistr OL sizi Magistr edəcək ən etibarlı YOL!

No comments:
Post a Comment
www.magistrol.com