Verbal Məntiq Testləri

Test-1. "Səndən ötrü elə darıxıram ki, ..."
A) Burnumun ucu göynəyir
B) Qulaqlarım cingildəyir
C) Gözlərim səyrişir
D) Tüklərim biz-biz olur
E) Ürəyim az qalır yerindən çıxsın



Test-2. Cümlənin doğru mənasını tamamlayan cavabı tapın:
Nahar.......ola bilməz.
A) stolsuz    
B) qab-qacaqsız    
C) qidasız
D) susuz
E) stulsuz

Test-3. Digərlərindən fərqlənən sözü tapın:
A) çaqqal  
B) tülkü
C) qoyun
D) pişik
E) it


Test-4. Verilən sözlər cütü arasındakı məntiqi əlaqəyə analoji olan variantı tapın: (sözlərin ardıcıllığı nəzərə alınmalıdır) 
həkim-terapevt
A) dosent-aspirant
B) cinayətkar-qatil
C) bəstəkar-şair
D) uşaq-adam
E) diktor-rejissor

Test-5. Anaqramı həll edin.
A) zmanoa
B) seyyine
C) mspsiiis
D) prend
E) ltabik

Test-6. Hacı Zeynalabdin Şirvani, Fernand Magellan, Mixail Lazaryev, Ceyms Kuk və Piri Rəisi birləşdirən ümumi cəhəti tapın:
A) həkim
B) səyyah
C) münəccim
D) şair
E) astronom

Test-7. “l gc sl gc” atalar sözündəki düşmüş saitlər sırası¬nı tapın: 
A) e, o, ü, ü, ü, ü
B) ü, ü, e, ü, ü, i
C) e, e, ü, ü, u, ü
D) ü, ü, e, ü, e, ü
E) e, e, ü, ü, ü, e

Test-8. Atalar sözünü tamamlayın.
Yalançının ... olmaz.
A) ağlı
B) dili
C) qohumu
D) qonşusu
E) yaddaşı


Test-9. Verilən sözlər cütü arasında məntiqi əlaqəyə analoji olaraq natamam cütü tamamlayın. 
roman – proloq opera - ?
A) proqram       
B) afişa                 
C) libretto
D) ariya   
E) uvertüra

Test-10. Hərflərinin sırası pozulmuş beş sözdən dördü arasında məntiqi əlaqə vardır. Fərqli sözü seçin.
A) i l s a g
B) u r m a d  
C) ğ a s o n  
D) o l m i n
E) e y h a v
Test-11. Verilən sözlər cütü arasında məntiqi əlaqəyə analoji olan variantı seçin (sözlərin ardıcıllığı nəzərə alınmalıdır).  
geyim – köynək             
A) kartof – soğan
B) məhsul – bəhrə
C) infarkt – xəstəlik
D) ərzaq – qənd
E) hörümçək – həşərat

Test-12. Verilən sözlər cütünün əlaqəsinə analoji olan variantı seçin (sözlərin ardıcıllığı nəzərə alınmalıdır).  
Parlaq – zülmət
A) ikimənalı – şübhəli           
B) gizlin – xəlvət 
C) qənaətcil – bədxərc           
D) səssiz – pıçıltı
E) mülayim – mehriban

Test-13. Hərflərinin sırası pozulmuş beş sözdən dördü arasındakı məntiqi əlaqə vardır. Fərqli sözü seçin.
A) g ə r l i n ç i   
B) h ə n m ü d i s     
C) s i b h a m ü
D) n e r z a y d i   
E) v ə s h ə k a r

Test-14. Verilən sözlər əlaqəsinə analoji olan variantı seçin (sözlərin ardıcıllığı nəzərə alınmalıdır). 
bənna – kərpic – divar 
A) həkim – resept – xəstə
B) şair – kitab – söz 
C) bəstəkar – musiqi – not
D) rəssam – şəkil – fırça 
E) dülgər – taxta – mebel


Test-15. Verilən sözlər arasında məntiqi əlaqəyə analoji olan variantı seçin (sözlərin ardıcıllığı nəzərə alınır).

Nəqliyyat – təyyarə – avtomobil    

A) dəmiryol – qatar – vaqon

B) quş – durna – toyuq

C) insan – kişi – qadın
D) planet – yer – ay 
E) alət – qurğu - bucaq

Test-16. Verilən sözlər cütünün əlaqəsinə analoji olan variantı seçin (sözlərin ardıcıllığı nəzərə alınmalıdır).
Kitab – vərəq
A) benzin – yanacaq
B) dəniz – dalğa
C) kərpic – bina
D) cümlə – söz
E) ocaq – soba    

Test-17. Hərflərinin sırası pozulmuş beş sözdən dördü arasında məntiqi əlaqə vardır. Fərqli sözü seçin.
A) g ə r l i n ç i      
B) h ə n m ü d i s       
C) s i b h a m ü
D) n e r z a y d i      
E) v ə s h ə k a r 

Test-18. Verilən sözlər cütünə analoji əlaqəli cütü tapın. 
Səbəb – nəticə;       
A) Yağış – sel               
B) Külək – günəş
D) Çay - daşqın            
C) Dəniz – fırtına 
E) Bulud – qaranlıq

Test-19. Verilən sözlər cütünə analoji əlaqəli natamam cütü tamamlayın.
Dəmir – metal;        Hidrogen - ?
A) Yanacaq                
B) Qaz                 
C) Element
D) Maye                     
E) Maddə

Test-20. "Bir Bloqqerin ilham mənbəyi onun yazdığı bloq yazılarının çox insan tərəfindən oxunulmasıdır. Yazılar nə qədər çox insan tərəfindən oxunarsa Bloqqer də bir o qədər çox yazmağa ilhamlanar və yazdıqlarının keyfiyyətini artırmağa çalışar. İstifadə etdiyiniz bloqların linkini hərdən bir profilinizdə paylaşın və o yazıları daha çox insanın oxumasına yardımçı olun. Bir paylaşmaya itirəcəyiniz cəmi 30 saniyə vaxt olacaq. Əvəzində isə daha çox və daha maraqlı yazılar (dərslər, sınaqlar, izahlar və s.) oxumaq şansı əldə edəcəksiz. Vaxt itirmədən elə indicə aşağıdakı paylaş düyməsindən istifədə edərək bloqu paylaşa bilərsiniz.
Əgər hər hansı səbəbdən yuxarıdakı paylaş düyməsini görmürsüzsə www.magistrol.com linkini götürüb paylaşa bilərsiniz."

yuxarıdakı mətndən aşağıdakı mənalardan hansı çıxmır?
A) oxucu sayı artdıqca bloq daha da zənginləşir
B) yazıların daha çox paylaşılması daha çox oxucunun oxumasına səbəb olur.
C) oxucu sayı azalsa bloqqer yazmağı dayandırar
D) yazıları paylaşarkən qazancımız itirəcəyimizdən qat-qat daha artıq olur
E) yuxarıdakı mənaların 4-ü də bu yazıdan çıxır.

Hazırladı: Rəşadət Şərifov

Həll edə bilmədiyiniz bütün sualları günün 24 saatı Magistr OL qrupuna yaza bilərsiniz.

Doğru Cavablar: 
1-A
2-C
3-C
4-B
5-E
6-B
7-D
8-E
9-E
10-C
11-D
12-C
13-E
14-E
15-B
16-D
17-E
18-A
19-B
20-C

2 comments:

www.magistrol.com

Digər Videolarımızı İzləmək Üçün ya videonun yuxarı sol küncündə olan düyməyə klikləyin ya da youtube-da Rəşadət Şərifov kanalına daxil olun.
MAGISTR OL