Hər İşdə Bir Xeyir Var (1)

Bir vaxtlar uzaq ölkələrdən birində bir kral yaşayırdı. Kral heç vaxt vəzirini yanından ayırmazdı, hara getsə, onunla bir yerdə gedərdi.Vəzirinin qəribə bir xasiyyəti vardı. Nə iş olsa, “Bunda da bir xeyir var” – deyərdi. Bir gün kral vəziri ilə ova çıxdı.Vəziri tüfəngləri doldurub krala verir, o da ovunu nişan alırdı. Birdən necə oldusa, güllə arxaya açıldı və
 kralın baş barmağını qopardı. Vəziri həmişəki kimi yenə “Bunda da bir xeyir var”, – dedi. Kralın bu sözə acığı tutdu. Həm ağrıdan, həm də qəzəbdən, “Sən hansı xeyirdən danışırsan? Görmürsən, barmağım qopdu? Daha bunun harası xeyirdir?” – deyə bağırdı. Bununla da qəzəbi soyumadı. Ovdan qayıdan kimi vəzirini zindana atdı.
Bu hadisədən bir il keçdi. Bir gün kral adamyeyən bir qəbilənin yaşadığı meşəyə ova çıxdı. Kralın heç bir şeydən xəbəri yox idi. Çox keçmədi ki, adamyeyənlər onları tutub yaşadıqları qəbiləyə apardılar. Kəndin ortasında tonqal qurdular. Sonra onların tonqalın ortasındakı dirəyə bağladılar. Tonqala od vurmaq istəyirdilər ki, kralın bir barmağının şikəst olduğunu gördülər. Sən demə, bu qəbilədə şikəst adam yemək günah imiş. Ona görə də kralı açıb buraxdılar. Artıq hər şey məlum idi. Kral dostuna qarşı haqsızlıq etmişdi. Saraya qayıdan kimi vəzirini zindandan azad etdi. Yanına gedib başına gələnləri ona danışdı və “Sən haqlıysanmış. Barmağımın qopmağında xeyir var imiş. Səni nahaq yerə zindanda saxladığım üçün məni bağışla”, – dedi.Vəziri isə həmişəki kimi “Yox, bunda da bir xeyir var idi” – deyə cavab verdi. Kral, “Seni zindana salmaq nə vaxtdan xeyir oldu?” – deyərək heyrət dolu nəzərlərlə ona baxdı.Vəziri isə halını pozmadan: “Əgər mən zindanda olmasaydım, səninlə birlikdə ova gedəcəkdim.Sizin yerinizə mən orda ola bilerdim ve… sonrasını siz məndən yaxşı bilirsiniz” – dedi…

MAGISTR OL